Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər
Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
Qəza baş verdikdən dərhal sonra Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan ölkə başçısı cənab İlham Əliyev Bakıya qayıdaraq, elə hava limanındaca xüsusi müşavirə keçirdi, Dövlət Komissiyasının yaradılması barədə sərəncam və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdi.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir çox məsələlərə toxundu və təyyarənin pilotları və ekipaj üzvlərinin fəaliyyətini xüsusi qeyd etdi. "Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər". "Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu", - deyə dövlətimizin başçısı qeyd edib.
Müsahibədən dərhal sonra ölkə başçısı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.
Bu da vətənin öz qəhrəman övladlarına verdiyi qiymətdir.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 847 Tarix: 29 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYüzlərlə "iPhone" sulara qərq oldu
Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr
15.10.2026 404 Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?
Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin
15.10.2026 303 İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir
İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə
15.10.2026 216 Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni
15.10.2026 230 "44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video
"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd
15.10.2026 296 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 231 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
15.10.2026 319 Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi
Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v
15.10.2026 315 Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı
10:51 0