"AZAL-ın təyyarəsinə atəş açılandan sonra..." - Pilotlarımızı yönləndirən dispeçerin İFADƏSİ
Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer "Terek" (indiki "Axmat") klubunun keçmiş futbolçusu Əli İdrisov olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib.
İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.
İdrisov PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib.
O, insidenti ekipajın verdiyi məlumatlara əsaslanaraq son ana qədər quş sürüsü ilə toqquşma kimi qiymətləndirib.
Əli İdrisovun sözlərinə görə, "Xalça" planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub.
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də dünən axşam dindirilib.
Camlail Bakanaev ilkin ifadəsində əmin olduğunu söyləyib ki, bütün sistemlər işlək vəziyyətdə olub və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb.
Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.
Bakanayev də "Xalça" planının tətbiqi barədə məlumatın insident baş verəndən sonra alındığını təsdiqləyib.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 872 Tarix: 30 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı
Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa
15.10.2026 327 Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana
15.10.2026 258 "Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər"
"Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir"
15.10.2026 243 Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyasının növbəti uğurudur
Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platform
10:29 123 Mourinyo bu hücumçunu satmadı
"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal
15.10.2026 325 Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?
Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin
15.10.2026 309 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
15.10.2026 323 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15.10.2026 212 Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi
Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v
15.10.2026 321