Litva prezidenti İlham Əliyevə zəng etdi

Litva prezidenti İlham Əliyevə zəng etdiLitva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 487   Tarix: 30 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ucarda qəzada yaralanan qadın öldü

Ucarda iki gün öncə baş verən qəzada xəsarət alanlardan biri ölüb. APA-ya istinadla bildirir ki, xəstəxanada ölən şəxs 61 yaşlı Xatirə Əmrah qızı Mahmudovadır. Qeyd edək ki, hadisə Ucar rayonunu Yuxarı Şilyan kənd yolunda baş verib. İki minik maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

02.01.2026 192
.

Qiyamətə gəmi düzəldən "peyğəmbər" həbs olundu

Polis insanları daşqından xilas edəcəyini vəd edən "peyğəmbər" Ebo Noyu həbs edib. xarici mediaya istinadən xəbər verir ki, "ilahi vəhy" aldığını və seçilmiş insanları üç il davam edəcək qlobal daşqından xilas etmək üçün 10 müasir modul tipli ev tikəcəyini açıqlayan bu şəxs Mila

02.01.2026 234
.

Bayram günü 600 manatlıq qızılı oğurlandı

Bakıda bayram günü oğurluq olub. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. Sabunçu Rayon Poli

02.01.2026 166
.

Evlilikdə münasibətləri möhkəm saxlayan bir nömrəli "sirr"

Psixoloqlar bildirirlər ki, möhkəm münasibətlər üçün bu amil ehtirasdan və hətta sevgidən də vacib ola bilər. xəbər verir ki, Cütlüklərlə uzun illər işləməsi onu aydın bir nəticəyə gətirib: münasibətləri dayanıqlı edən əsas xüsusiyyət kompromisə hazır olmaqdır. Çoxsaylı elmi araşdırmalar da bu müşahidən

02.01.2026 244
.

Çin "Starlink"in məlumatlarının terrorçuların əlinə keçə biləcəyindən narahatdır

Çin "SpaceX" şirkətinin qlobal "Starlink" peyk şəbəkəsini formalaşdırması və genişləndirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. xəbər verir ki, məlumatı "South China Morning Post" yayıb. Nəşrin yazdığına görə, BMT Təhlükəsizlik Şurasının dekabrın 29-da Rusiyanın təşəbbüs

02.01.2026 140
.

Sumqayıtda evdən qadın meyiti tapıldı

Sumqayıtda evdən meyit tapılıb. xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. 79 yaşlı Ofeliya Əhməd qızı Əhmədovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır

02.01.2026 133
.

Uşaq acından öldü, ailəsi tutuldu

İstanbulun Fatih rayonunda 3,2 kiloqram çəki ilə doğulan körpə 55 gün sonra 2 kiloqram çəkidə dünyasını dəyişib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 30-da baş verən hadisədə Y.Y. adlı qadın 112 Təcili Zəng Mərkəzinə zəng edərək 2 aylıq körpəsinin nəfəs almadığını və hərəkətsiz olduğun

02.01.2026 254
.

Maduro ABŞ-yə narkotik ticarəti ilə mübarizədə əməkdaşlıq təklif etdi

Venesuela ABŞ ilə əməkdaşlıq etmək istəyir. -ın xəbərinə görə, bununla bağlı ölkə prezidenti Nikolas Maduro yerli mətbuata açıqlamasında deyib ki, Venesuelanın şüarı çox aydındır:. "Müharibə yox, sülh! Hakimiyyət də Amerika xalqını qardaş hesab edir. Əgər onlar (ABŞ-red.) narkotik vasitələrin qanunsu

02.01.2026 155
.

"Dedublüman" Bakıda sevənlərinə unudulmaz anlar yaşatdı

Kupon Booking şirkətinin təşkilatçılığı ilə Hayal Kahvesində Türkiyənin məşhur alternativ musiqi qruplarından biri olan "Dedublüman" Bakıdakı pərəstişkarları ilə görüşüb. Qrupun konserti musiqisevərlərə unudulmaz anlar yaşadıb. xəbər verir ki, konsertdən öncə media nümayəndələri ilə görüşə

02.01.2026 135
.

TOP MP3