"Financial Times"dan 2025-ci il üçün proqnoz: "Bitcoin"in qiyməti 200 min dollara çata bilər
Böyük Britaniyanın məşhur "Financial Times" nəşri 2025-ci il üçün siyasət, iqtisadiyyat, texnologiya sahələrinə dair proqnozlarını dərc edib.
Oxu.Az xəbər verir ki, əsas proqnozlar arasında Ukrayna ilə Rusiya arasında münaqişəyə son qoyulması istiqamətində mühüm addım ola biləcək sülh müqaviləsinin imzalanması yer tutur. Analitiklər hesab edirlər ki, Vaşinqton Moskvaya sanksiyaları və Kiyevə silah tədarükünü artıraraq Rusiyanın sülh müqaviləsinə imza atmasına nail ola bilər, lakin bunun qarşılığında Ukrayna təhlükəsizlik təminatları naminə bəzi ərazi güzəştə getməli olacaq.
Nəşrin iqtisadi proqnoza dair yazısında qeyd olunub ki, analitiklər yüksəliş trendini davam etdirən "Bitcoin"in qiymətinin 2025-ci ilin sonuna kimi 200 min dollara çata biləcəyini ehtimal edirlər.
Beynəlxalq siyasət sferasına gəlincə, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumdan çəkinəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, sərt iqtisadi siyasətləri ilə tanınan ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın əsasən Çinə qarşı yeni tarif müharibəsinə başlayacağı gözlənilir.
Nəşr Avropa siyasətinə dair proqnozları da dərc edib.
"2017-ci ildən bu vəzifədə olan hazırkı Fransa prezidenti Emmanuel Makron iqtidardakı mövcudluğunu qoruyub saxlayacaq", - deyə qəzet yazır.
Proqnozda, həmçinin qeyd olunub ki, məşhur sahibkar İlon Mask və Donald Tramp ictimai sferada dəfələrlə ziddiyyətli fikirlər səsləndirsələr də, dostluq münasibətlərini davam etdirəcəklər.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 01 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur plastik cərrah şəxsi adasını 100 milyon dollara satır
Rio-de-Janeyro sahilləri yaxınlığında yerləşən, sahəsi 30 hektardan çox olan şəxsi ada 100 milyon dollara (75 milyon funt sterlinq) satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Söhbət vaxtilə dünya şöhrətli plastik cərrah İvo Pitanquya məxsus olan Pitangu
24.07.2026 152 Moldova vətəndaşlarına Rusiyaya səfərlə bağlı xəbərdarlıq etdi
Moldova Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfər etməmələri barədə çağırış edib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, təxirəsalınmaz zərurət olmadığı halda Rusiya Federasiyasına səyahətdən çəkinmək tövsiyə olunur. Bəyanata əsasən
24.07.2026 215 Sabah da 39° isti olacaq
İyulun 25-də gözlənilən hava şəraiti açıqlnıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti, gündüz 33-38 ist
24.07.2026 351 Qızıl və gümüş yenidən ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,52% azalaraq 4029.1 ABŞ dolların
24.07.2026 185 "ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEV
"ABŞ ilə Rusiya arasında münasibətlər uzun illərdir ki, strateji rəqabət müstəvisində formalaşır və hazırkı mərhələdə də bu xəttin qısa müddətdə dəyişəcəyini gözləmək doğru olmaz. Sergey Lavrovla Marko Rubionun görüşü, ilk növbədə, tərəflər arasında dialoq kanallarının açıq saxlanılması baxımında
24.07.2026 381 Kanadada meşə yanğınları - 11 min hektar ərazi yanıb
Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları 20-ə yaxın yaşayış evi və digər tikilini məhv edib. Bu barədə "CBC" telekanalı məlumat yayıb. Meşə yanğını bölgənin şimal-qərbində - Klinton şəhərinin ətrafında tüğyan edir. Yanğının ümumi sahəsi 11 min hektar ərazini əhatə edir. Küləyi
24.07.2026 148 Rus ordusu Xarkovda iki kəndi işğal etdi
Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov vilayətindəki Zaxarovka və İvaşkino üzərində nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
24.07.2026 166 "Space TV"nin bank hesablarına həbs qoyuldu (SƏBƏB)
"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib
24.07.2026 440 Aİ İrana qarşı sanksiyaları genişləndirdi - Siyahıya daha 6 nəfər daxil edildi
Avropa İttifaqı Şurası İranda insan hüquqlarının pozulması ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib. Aİ Şurasının məlumatına görə, yeni sanksiyalar siyahısına 6 fiziki şəxs daxil edilib. Siyahıya siyasi fəallar, dissidentlər və dini azlıqların nümayəndələri ilə bağlı qərarlar çıxarmaqd
24.07.2026 189