ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar var

ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar varCənubi Kaliforniyada (ABŞ) dördnəfərlik "Van's RV-10" təyyarəsinin çırpıldığı yer "Michael Nicholas Designs" mebel istehsalı zavodudur. Həmin vaxt isə müəssisədə 200 işçi olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı bəyanatında deyilir.

Bildirilir ki, təyyarədə olan iki nəfər (qeyri-rəsmi məlumata görə, pilot və onun 16 yaşlı qızı) ölüblər, anbarın işçiləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həlak olanların kimliyi araşdırılır.

Qeyd olunur ki, təyyarə Orinc dairəsindəki hava limanından qalxdıqdan iki dəqiqə sonra düşüb. Təhlükəsizlik kameralarının görüntüləri göstərir ki, hava gəmisi binaya çırpılan vaxt yan tərəfə doğru əyilmiş vəziyyətdə olub.

Hava limanının əməkdaşının sözlərinə görə, pilot qalxışdan sonra hava nəzarətçilərinə təcili eniş etmək üçün geri dönəcəyini bildirib. Təyyarədəki problemin isə nədən ibarət olduğu açıqlanmayıb.

Son məlumatlara görə qəza nəticəsində daha 19 nəfər xəsarət alıb.

07:20

ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, Fullerton şəhərində təyyarə binanın üzərinə düşdükdən sonra orada yanğın başlayıb.

Yerli polisin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, 18 nəfər yaralanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 990   Tarix: 03 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEV

"ABŞ ilə Rusiya arasında münasibətlər uzun illərdir ki, strateji rəqabət müstəvisində formalaşır və hazırkı mərhələdə də bu xəttin qısa müddətdə dəyişəcəyini gözləmək doğru olmaz. Sergey Lavrovla Marko Rubionun görüşü, ilk növbədə, tərəflər arasında dialoq kanallarının açıq saxlanılması baxımında

24.07.2026 381
.

Böyük Britaniya İranın təhdidlərinə cavab verdi: London müdafiəyə hazır olduğunu açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Böyük Britaniyaya qarşı birbaşa təhdid səsləndirib. Tehran xəbərdarlıq edib ki, ABŞ-ın İran ərazisinə zərbələr endirmək üçün istifadə edəcəyi istənilən Britaniya hərbi bazası "qanuni hərbi hədəf" olacaq. xəbər verir ki, bu bəyanata səbəb Böyük Britaniyanı

24.07.2026 174
.

"Space TV"nin bank hesablarına həbs qoyuldu (SƏBƏB)

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib

24.07.2026 440
.

"Space TV" Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı

Məlum olduğu kimi, bu gün mediada "Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Space TV" rəsmi açıqlama yayıb. "Bəh

24.07.2026 259
.

İnsan ruhuna işıq tutan bir ömrün yeni yaşı - KÖŞƏ YAZISI

Bu gün ölkənin nömrə bir psixoloqu, yazarı və maarifçi şəxsiyyəti Samirə Bağırovanın doğum günüdür. O, illərdir psixologiya sahəsində fəaliyyəti, fərdi konsultasiyaları, seminarları və müəllifi olduğu kitablarla insanların özünü tanımasına, daxili gücünü kəşf etməsinə töhfə verir. Hər insanın həyatın

24.07.2026 183
.

Sergey Lavrov İrana səfər edəcək

Bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko nazir Sergey Lavrovun Tehrana mümkün səfəri ilə bağlı hazırlıq işlərinin davam etdiyini bildirib. Bizim.Media xəbər verir ki, bu barədə "KhabarOnline" məlumat yayıb. Rudenko bu açıqlamanı Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatını

24.07.2026 186
.

Güclü külək əsəcək - Xəbərdarlıq

İyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən

24.07.2026 230
.

Aİ İrana qarşı sanksiyaları genişləndirdi - Siyahıya daha 6 nəfər daxil edildi

Avropa İttifaqı Şurası İranda insan hüquqlarının pozulması ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib. Aİ Şurasının məlumatına görə, yeni sanksiyalar siyahısına 6 fiziki şəxs daxil edilib. Siyahıya siyasi fəallar, dissidentlər və dini azlıqların nümayəndələri ilə bağlı qərarlar çıxarmaqd

24.07.2026 189
.

"QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alara

24.07.2026 214
.

TOP MP3