"Apple" "Siri"dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək

"Apple" "Siri"dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək"Apple" şirkəti məxfilik pozuntusu ilə bağlı ilkin razılaşmaya nail olub. İstifadəçilər səsli köməkçi "Siri"dən istifadə etdikləri hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Reuters" xəbər yayıb.

Səsli köməkçilər, adətən, "Hey, Siri" kimi ifadələr vasitəsilə aktivləşdirilir. Lakin iddiaçılar bildiriblər ki, "Siri" onları gizlicə dinləyib və məlumatları ötürüb. Hətta müəyyən brendlərin və ya mövzuların təsadüfi xatırlanması sonradan hədəflənmiş reklamların göstərilməsinə səbəb olub.

Məsələn, iki iddiaçı "Air Jordan" idman ayaqqabıları və "Olive Garden" restoranları haqqında müzakirədən sonra bu məhsulların reklamlarını görməyə başladığını bildirib.

Başqa bir iddiaçı isə tam məxfi hesab etdiyi həkim söhbətindən sonra tibbi xarakterli hədəflənmiş reklamlar aldığını bildirib.

İddia 17 sentyabr 2014-cü ildən başlayaraq "Siri"də "Hey, Siri" funksiyasının tətbiq edildiyi 31 dekabr 2024-cü ilə qədər olan dövrü əhatə edir.

İlkin qiymətləndirmələrə görə, kollektiv iddianın 10 milyonlarla iştirakçısı var. Onlar "iPhone" və "Apple Watch" kimi "Siri" dəstəkli hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.

"Apple" isə öz növbəsində hər hansı pozuntunu inkar edir, lakin gələcək məhkəmə çəkişmələrindən qaçmaq üçün sövdələşməyə razılıq verib.

"Apple" nümayəndələri və onların vəkilləri hələ ki şərh sorğularına cavab verməyiblər. İddiaçıların vəkilləri də şərh verməyiblər, lakin onların razılaşma fondundan qonorar kimi 28,5 milyon dollar və xərclərin ödənilməsi üçün 1,1 milyon dollar tələb edəcəkləri gözlənilir.

Qeyd edək ki, razılaşma üçün ayrılan 95 milyon dollar "Apple"ın cəmi doqquz saatlıq mənfəətinə bərabərdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 03 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı

24.07.2026 230
.

İstirahətə getdi, leysana düşdü

Aparıcı Samirə Mustafayeva istirahətə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Taylandın Phuket adasını seçib. Samirə bildirib ki, təxminən 24 saat davam edən uçuşdan sonra adaya çatsa da, onu xoşagəlməz hava şəraiti qarşılayıb. O, Phuketin güclü yağışların təsiri altında olduğunu qeyd edib

24.07.2026 531
.

"Space TV" Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı

Məlum olduğu kimi, bu gün mediada "Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Space TV" rəsmi açıqlama yayıb. "Bəh

24.07.2026 259
.

Onlayn alış-verişdə hüquqlarınız necə qorunur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Elektron ticarətin sürətlə inkişafı ilə yanaşı, onlayn alış-veriş edənlərin sayı da ildən-ilə artır. Rahatlıq və vaxta qənaət baxımından üstünlük qazanan bu alış-veriş üsulu bəzi hallarda istehlakçıların məhsulun keyfiyyəti, çatdırılma, geri qaytarılma və ödənişlə bağlı problemlərlə üzləşməsinə səbə

24.07.2026 234
.

Putin Omska yollanır

Rusiya Prezidenti Vladimir Putin İrkutskdan sonra Qazaxıstanla birgə tədbirin keçirilməsi planlaşdırılan Omska yollanacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. İyulun 24-də Rusiyalı dövlət başçısı İrkutsk Aviasiya Zavoduna gəlib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, zavoda səfə

24.07.2026 168
.

"Space TV"nin bank hesablarına həbs qoyuldu (SƏBƏB)

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib

24.07.2026 440
.

İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəlad

24.07.2026 218
.

Rəngli makaronlar sağlamlıq üçün təhlükəlidirmi?

Son illər market rəflərində və restoran menyularında müxtəlif rənglərdə - yaşıl, qırmızı, qara, narıncı və bənövşəyi makaronlara daha çox rast gəlinir. Görünüşü ilə diqqət çəkən bu məhsullar istehlakçılarda maraqla yanaşı, müəyyən suallar da yaradır. Rəngli makaronlar hansı üsulla hazırlanır?. Onları

24.07.2026 418
.

"Bu qış Putinin son ümid yeridir" - "44 ton qızıl satıb, imkanları tükənir"

Bu qış Vladimir Putinin Ukraynanı sındırmaq üçün son ümid yeri ola bilər, çünki Rusiyanın resursları tükənir. "AzPolitika" xəbər verir ki, bunu Polşa Xarici İşlər naziri Radoslav Sikorski "TVP info"-ya açıqlamasında deyib. Nazir Rusiyanın qarşılaşdığı iqtisadi problemlərə diqqət çəkib

24.07.2026 213
.

TOP MP3