Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil
Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində ABŞ bayrağı Cimmi Karterin vəfatı səbəbilə yarıya endiriləcək.
Oxu.Az-ın məlumatına görə, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.
Seçilmiş prezident qeyd edib ki, əgər bayraq yarıya endirilərsə, bu, ABŞ-də prezidentin andiçmə mərasimində ilk belə hal olacaq.
"Heç kim bunu görmək istəmir və heç bir amerikalı bundan xoşbəxt ola bilməz. Görək necə olacaq", - deyə Tramp yazıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Ağ Ev bayraqların yarıya endirilməsi ilə bağlı qərarına yenidən baxmaq niyyətində deyil. Brifinq zamanı jurnalistlər ondan Prezident Co Baydenin qərarını dəyişmək ehtimalının olub-olmadığını soruşublar. Ağ Evin nümayəndəsi "Xeyr" deyə qısa cavab verib.
ABŞ-da bayraqlar siyasi xadimlərin və ya görkəmli şəxsiyyətlərin vəfatı ilə əlaqədar yarıya endirilir. Belə ki, 2024-cü ilin yayında Demokrat Partiyasından olan konqresmen Şeyla Linin xatirəsinə Kapitoli üzərindəki bayraqlar yarıya endirilmişdi.
Cimmi Karter bazar günü, dekabrın 29-da Corciyanın Pleyns şəhərindəki evində vəfat edib. O, 100 yaşında idi və ABŞ tarixinin ən uzunömürlü prezidenti olub. Karter həyatının son illərində qaraciyər və beyindəki bədxassəli şişlərlə mübarizə aparıb. Karter 1977-81-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 554 Tarix: 05 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15.10.2026 145 Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15.10.2026 129 Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl
15.10.2026 218 17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
15.10.2026 328 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
15.10.2026 490 Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15.10.2026 146 Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM
Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki
15.10.2026 195 "Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində
15.10.2026 194 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:
15.10.2026 170