"Azərbaycanın qlobal lider kimi özünü təsdiqinin təməlində milli səviyyədə qazanılan uğurlar dayanır" - Bəhruz Məhərrəmov

"Azərbaycanın qlobal lider kimi özünü təsdiqinin təməlində milli səviyyədə qazanılan uğurlar dayanır" - Bəhruz MəhərrəmovPrezident İlham Əliyev müsahibəsində keçən il Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, icmal büdcənin 48 milyardi ötdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan tarixində bundan böyük büdcə olmayıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, tariximizin ən iri dövlət büdcəsi ümumdaxili məhsulun 4 faizdən çox artımı, əsas diqqətimizin yönəldiyi qeyri-neft sektorunun inkişafının 6 faizdən çox, sənaye istehsalının, xüsusən qeyri-neft sənaye sektorunda parametrlərin isə 7 faizdən çox yüksəlişi, əhəmiyyətli tarixi bir dönəmi və uğurlu ili arxada qoymağımız deməkdir.

O qeyd edib ki, valyuta ehtiyatlarının hesablanması adam başına düşən ehtiyatlara söykənməlidir və möhtərəm Prezident də məhz bu göstəriciyə əsaslanaraq, haqlı olaraq ölkəmizin dünyada aparıcı dövlətlər sırasında olmasının müjdəsini verdi:

"Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində bir daha aydın şəkildə göründü ki, Azərbaycanın qlobal lider kimi özünü təsdiqinin təməlində milli səviyyədə qazanılan uğurlar dayanır. Bu mənada, tariximizin ən iri dövlət büdcəsi ümumdaxili məhsulun 4 faizdən çox artımı, əsas diqqətimizin yönəldiyi qeyri-neft sektorunun inkişafının 6 faizdən çox, sənaye istehsalının, xüsusən qeyri-neft sənaye sektorunda parametrlərin isə 7 faizdən çox yüksəlişi, əhəmiyyətli tarixi bir dönəmi və uğurlu ili arxada qoymağımız deməkdir. Təsadüfi deyil ki, məhz bu uğurların fonunda Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılmasına yönəlik xərclərin çoxalması və işğaldan azad olunmuş ərazilərimizin bərpasına əsaslı vəsaitin ayrılmasına baxmayaraq kifayət qədər mürəkkəb bir dövrdə - 2024-cü ildə valyuta ehtiyatlarımızı 5 milyard dollardan çox artıraraq 72 milyard dollara çatdırmışıq. Məlumdur ki, valyuta ehtiyatlarının hesablanması adam başına düşən ehtiyatlara söykənməlidir və möhtərəm Prezident də məhz bu göstəriciyə əsaslanaraq, haqlı olaraq ölkəmizin dünyada aparıcı dövlətlər sırasında olmasının müjdəsini verdi. Ötən dövrün uğurlu idarəçiliyi, Azərbaycan Respublikasının xarici borcunun azaldılması tendensiyasını da davam etdirməyə imkan yaratmış, əksər inkişaf etmiş ölkələrdə bu statistika 100 faizi ötsə də, ölkəmizdə xarici borcun miqdarı ümumdaxili məhsulun cəmi 7.2 faizini təşkil etmiş, valyuta ehtiyatlarımız isə xarici borcları 14 dəfə üstələməyə başlamışdır. Üstəlik, bu gün dünyada ortaya uğur hekayəsi qoyan digər dövlətlərdən fərqli olaraq Azərbaycan bu nailiyyətlərini yalnız və yalnız daxili resurslar hesabına şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində əldə edə bilib. Cənab İlham Əliyevin rəhbərliyi altında artan iqtisadi imkanlar isə ölkədə sosial sferaya diqqətin daha da artırılmasına, insanların sosial rifahının layiqli səviyyədə təmin olunması istiqamətində konstitusion niyyətlərin realizəsinə daha effektiv yanaşmanı təmin etməyə imkan vermişdir. Cənab Prezidentin özünün də müsahibədə ifadə etdiyi kimi, bu ilin yanvarın 1-dən minimum əmək haqqı 55 manat artaraq 400 manata, minimum pensiya isə 40 manat artaraq 320 manata çatmış, digər çoxsaylı xərclərə və qarşıda duran başqa önəmli problemlərə baxmayaraq sosial müdafiə sferasında orta hesabla artım 15%-i üstələmişdir. Bu isə müstəqil Azərbaycanın tarixində ən ciddi sosial həmlənin ehtiva olunduğu yeni mərhələnin başlanılmasının göstəricisidir. Əlbəttə, ölkə daxilində əldə olunan ciddi sosial iqtisadi nəticələr, habelə hərbi-siyasi imkanların artması dövlətimizin beynəlxalq nüfuzuna da köklü təsir göstərmiş, xüsusən cənab İlham Əliyevin liderliyində ifadə olunan və beynəlxalq hüququn aliliyini rəhbər tutan aydın mövqe ötən dövr ərzində Azərbaycanın qlobal mövqeyini gücləndirmişdir. Qeyd olunan reallığın təməlində isə çox sadə bir həqiqət dayanır. Dövlət başçısının özünün də müsahibədə ifadə etdiyi kimi, "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 772   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15.10.2026 328
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15.10.2026 210
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

15.10.2026 490
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15.10.2026 367
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 170
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 207
.

Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır

Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl

15.10.2026 218
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

15.10.2026 257
.