Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILAR

Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILARDekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer E190AR" təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması və nəticədə ikisi pilot, biri bələdçi olmaqla göyərtədə olan 67 nəfərdən 38-nin həlak olması Azərbaycanla yanaşı, bütün dünya gündəminin aktual mövzusudur. Çünki təyyarəyə Qroznıdakı zenit qurğusundan atəş açılması və quyruq hissəsinin zədələnməsi, eləcə də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün icazənin verilməməsi ilə bağlı qaranlıq suallara hələ də aydınlıq gətirilməyib. Azərbaycan təyyarəsi Rusiya tərəfindən Çeçenistanda vurulanda isə izahat belə olub ki, əvvəlcə təyyarənin pilotsuz uçuş aparatı olduğu zənn edilib.

Bəs, təyyarənin radarında görünən obyektin əvvəlcədən təyyarə və ya dron olduğunu ayırd etmək mümkündürmü? Bu sistem necə işləyir?

Türkiyəli pilotlar (Türkiyə qanunvericiliyinə əsasən, fəaliyyətdə olan hərbi pilotların kimliklərinin ictimailəşməsi mümkün olmadığı üçün ad-soyadlar şərti verilib - red.) mövzunu Oxu.Az-a şərh ediblər.

Kapitan Emir Aras bildirib ki, sərnişin təyyarələrindəki radar hava radarıdır və yalnız təbiət hadisələrini göstərir:

"Radardakı TCAS cihazı toqquşmamaq üçün digər təyyarələri bilgiləndirir, transponder cihazı isə öz mövqeyi və hündürlük məlumatlarını yayımlayır. Eyni zamanda, bu məlumatı yaxınlıqdakı digər təyyarələrdən də görür. Transponder qurğusu olmayan və öz məlumatlarını xaricə yaymayan obyektləri (o cümlədən dronları) aşkar edə bilən cihaz yoxdur. Bunu yalnız hərbi dərəcəli radar və aşkarlama cihazları müəyyən edə bilər".

Kapitan Salih Yiğit isə bildirib ki, transponder cihazı açıqdırsa, obyekt radarda görünəndə təyyarənin uçuş nömrəsini görmək mümkündür:

"Lakin transponder işlək deyilsə, radarda dronlar və pilotsuz uçuş aparatlarını görmək mümkün deyil".

Kapitan Ayaz Kuzeyin isə sözlərinə görə, radar sisteminin siqnal göndərməsi, əks təyyarəyə və ya obyektə dəyən siqnalın geri qayıtması ilə mümkündür:

"Pilot qarşısındakı obyekti görərək onun mövqeyini, hündürlüyünü və sürətini şərh edə bilər. Daim yeniləndiyi üçün bunun təyyarə və ya dron olduğuna qərar verə bilər. Onlar 5-ci və 6-cı nəsil təyyarələrə gizli xüsusiyyətlər verir. Hədəf təyyarəsi bəzi texnoloji sistemlərlə ya siqnalları səpələyir, udur, ya da heç bir siqnalı geri göndərmir. Eyni şey mülki təyyarələrə də aiddir. Daha təkmil sistemlər var. Uçuş zamanı pilot ətrafındakı bütün uçan obyektlərin hündürlüyünü, sürətini və istiqamətini göstərir. Bundan əlavə, təhlükə yaradırsa, həm şifahi, həm də rəngli xəbərdarlıq edir".

Kaptan İlhan Poyraz da deyib ki, dronlar kiçik olduğu üçün onların transponder cihazları yoxdur, çünki transponder cihazının müəyyən çəkisi var:

"Daha kiçik pilotsuz uçuş aparatlarında da (PUA) transponderlər yoxdur, lakin müəyyən ölçüdən yuxarı olanlarında var. Radar yalnız transponder vasitəsilə bu vasitələrin hündürlüyünü, yerini və sürətini görə bilir. Lakin bütün PUA-ların beynəlxalq kodlaşdırması olmadığı üçün radar ekranında yalnız PUA-lar görünür, onların təfərrüatlı növləri aydın deyil. Nəzarətçilər sürətlərinə görə növlərini təxmin edə bilərlər. Təyyarələrin növləri artıq uçuş planından məlumdur. Təyyarələr ekranlarında transponderləri olan digər təyyarələri görə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15.10.2026 328
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15.10.2026 210
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

15.10.2026 490
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15.10.2026 367
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 170
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 207
.

Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır

Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl

15.10.2026 218
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

15.10.2026 257
.