"Ermənistan manipulyasiya cəhdlərindən əl çəkib, dövlət kimi davranmağı bacarmalıdır"-Tural İsmayılov

"Ermənistan manipulyasiya cəhdlərindən əl çəkib, dövlət kimi davranmağı bacarmalıdır"-Tural İsmayılovVətən müharibəsində tarixi qələbədən sonra, Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpası prosesinə start verdi. Artıq, Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı layihələr icra olunur. Regionun əsas strateji üstünlüklərində birincisi onun tranzit marşurutlarının üzrəində yerləşməsidir. Azərbaycanın israrla açılmasını təklif etdiyi Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də, Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq. Sirr deyil ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq.

Prezident İlham Əliyev yerli mediaya verdiyi müsahibədə Zəngəzur dəhlizinin önəmini qeyd edib, dəhlizin açılması üçün lazım olan hər bir işin görüləcəyinə əminliyini bildirdi.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Zəngəzur dəhlizi çox önəmli bir layihədir. Bu dəhlizin açılması ilə bağlı Ermənistanın dövlət olaraq üzərinə götürdüyü bir çox öhdəliklər mövcuddur. Ermənistan bu məsələdə bütün manipulyasiya cəhdlərindən əl çəkib, normal dövlət kimi davranmağı bacarmalıdır:

"Ermənistan manipulyasiya cəhdlərindən əl çəkib, dövlət kimi davranmağı bacarmalıdır"-Tural İsmayılov"Təəssüflər olsun ki, bu günə qədər Zəngəzur dəhlizinin açılması ilə bağlı ermənilərin 10 Noyabr Bəyanatına atdığı imza işlək bir vəziyyətdə deyil. Ermənistan Zəngəzur dəhlizinin açılmasında imzaladığı 10 Noyabr Bəyənatındakı öhdəliklərini müxtəlif havadarlarının təziqləri ilə yerinə yetirmir. Bu da Ermənistanın nə qədər qeyri-ciddi olduğunu göstərir. Ölkədə müstəqil xarici siyasət yoxdur. Ermənistan başqa təsir vasitələrinin, siyasi güc mərkəzlərinin əlində oyuncağa çevrilib. Cənab prezident yerli mətbuata müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizi mütləq şəkildə açılacaqdır.
Cənab İlham Əliyevin bu sözləri Zəngəzur dəhlizinin əleyhinə olanlara verilən ideal cavabdır. Bu dəhlizin əleyhinə aparılan bütün təxribatlara baxmayaraq mütləq şəkildə Zəngəzur dəhlizi reallaşmalıdır. Ölkəmiz Ermənistanın bizimlə sülh müqaviləsi bağlamaq məsələsində də bu ölkənin qarşısına çox dəqiq sərhədlər qoyub.
Hazırda, Ermənistan Azərbaycanla Türkiyə arasında maneədir. Ermənistan bu gün Naxçıvana quru dəhlizin açılması ilə bağlı məsələdə bir çox xarici güc faktorlarının dikdəsini yerinə yetirir. Lakin bu məsələnin sabotaj etməyə çalışması məqbul və anlaşılan hadisə deyil. Bu baxımdan Azərbaycan mütləq şəkildə Zəngəzur dəhlizinin açılmasına nail olacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 10 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15.10.2026 328
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15.10.2026 210
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

15.10.2026 490
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15.10.2026 367
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 170
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 207
.

Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır

Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl

15.10.2026 218
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

15.10.2026 257
.