Qadağan olunmuş 500 yaşlı musiqi notu
Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Edinburq Universitetinin alimləri 500 il əvvələ aid notla yazılmış musiqi aşkar ediblər. Alimlər həmin araşdırmanı "Music and Letters" jurnalında dərc ediblər.
Əldə edilən qədim musiqi parçası 55 notdan ibarətdir. Bu not yazısı, Avropa kilsələrində dini ayinlərin musiqi ilə müşaiyət olunmasına qadağa qoyanandan sonrakı dövrə aid edilir. Odur ki, qədim not yazılmış bu kağız parçası reformasiyadan əvvəl Avropada dini musiqinin hansı üslubda, necə ifa edildiyini bildirdiyinə görə çox qiymətli bir eksponatdır. Tədqiqatçılar bu not yazısını Şotlandiya dini musiqisinin nadir incisi hesab edirlər. Tarixi XVI əsrə gedib çıxan bu qiymətli əsər öz dövründən günümüzədək salamat şəkildə gəlib çatan nadir kilsə musiqisi nümunəsidir.
Həmin not qeydləri Şotlandiyada gündəlik ibadət üçün istifadə edilən dualar və ilahilər toplusu olan "Aberdeen Breviary" kitabının 1510-cu il tarixli nüsxəsinin içərisində tapılıb. Həmin kitab hazırda Edinburqda, Şotlandiya Milli Kitabxanasında saxlanılır.
Mətndə başlıq və ya hər hansı simvolik element olmasa da araşdırmaçılar bu fraqmenti dini post ayini zamanı oxunan "Cultor Dei" himnini müşaiyət edən harmonik musiqi kimi qiymətləndiriblər.
Tədqiqatçılar kompozisiyanın Aberdinşir bölgəsində yarandığını düşünürlər. Tədqiqatçıların fikrincə, məlum dini repressiyalar dövründə hansısa kilsə musiqiçisi öz həyatına risk edərək dini kitabda səhər ibadətinə həsr olunmuş bölmənin boş səhifəsinə bu notları qeyd edib. Görünür, ruhani müəllif həmin ayin melodiyasını müqəddəs kitabın arasında qorumaq qərarına gəlibmiş.
Notları tədqiq edən musiqişünaslar həmin mətnin polifonik musiqi olduğu qənaətindədirlər. Yəni, məlum not iki və ya daha çox müstəqil melodik xəttin eyni vaxtda ifa olunması üslubunda yazılıb. Bu üslub indiyə qədər də şotlandların ibadət nəğmələrində yaşamaqdadı.
Musiqini təqdim edən Edinburq İncəsənət Kollecinin nümayəndəsi David Koeni deyib:
"Bu musiqi parçasını əldə etmək musiqişünaslar üçün əsl "Evrika"dır. Boş vərəqdə yazılan bu bir parça musiqi mətnindən biz beş əsr bundan əvvəl babalarımızın oxuduğu naməlum kilsə himnini yenidən bərpa edə biləcəyik".
Tədqiqatın aparıcı müəllifi Pol Nyuton-Cekson deyib: "Ola bilsin, bizim kəşf edəcəyimiz çoxlu sayda yeni not mətnləri hələ də Şotlandiya kitabxanalarında saxlanılan 16-cı əsrə aid digər çap kitablarının boş səhifələrində və kənarlarında gizlənib".
Edinburq İncəsənət Kollecinin müəllimi Ceyms Kuk isə Şotlandiya kilsələrinin qanlı reformasiyadan əvvəlki dövrünü musiqili salonlara, reformasiyadan sonrakı dövrünü isə musiqisiz boş çöllüyə bənzədib. İlahiyatçı müəllim fikrini bu sözlərlə tamamlayıb:
"Bizim tədqiqatımız göstərir ki, bir çox maddi və mənəvi sənət nümunələrini məhv edən reformasiya dövrünü yaşamasına baxmayaraq, Avropanın hər yerində olduğu kimi, Şotlandiyanın da kafedrallarında, kilsələrində və ibadətgahlarında yüksək keyfiyyətli dini musiqi yaradıcılığının güclü ənənəsi olub"./Lent.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 954 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
15.10.2026 328 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 179 Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni
15.10.2026 210 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
15.10.2026 490 Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15.10.2026 367 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:
15.10.2026 170 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
15.10.2026 207 Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl
15.10.2026 218 Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
15.10.2026 257