"Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı..." - Akif Əlizadə
AMEA-nın keçmiş rəhbəri akademik Akif Əlizadə bəzi vətəndaşlar tərəfindən səmavi qüvvələri olduğuna inanılan, Ətağa kimi tanınan fiziki məhdudiyyətli Mir Mövsüm Ağa haqda fikirlərini bölüşüb.
BiG.AZ xəbər verir ki, akademik APA-ya müsahibəsində adıçəkilən şəxs haqda çoxlu əfsanə dolaşdığını bildirib.
"O əfsanələrin nə qədərinin həqiqət olduğunu bilmirəm. Amma bir şeyə əminəm ki, Ətağa cəddinə inam gətirən, onun cəddini çağıran insanlar istədiklərinə nail olublar. Hətta başqa millətlərdən olsalar belə" -, deyə A.Əlizadə deyib.
O, jurnalistin Mir Mövsüm Ağa haqda suallarını belə cavablayıb:
- Siz özünüz də onun cəddini çox çağırmısınız?
- Bəli. Bir dəfə mən xaricdəydim, cəddini çağırdım, açıldı yollar.
- Gələndən sonra da türbəsini ziyarətə gedib nəzir vermisiniz?
- Bəli, Şüvəlana.
- Mir Mövsüm Ağanın sağlığında da əfsanələr dolaşırdı?
- Sağlığında çox dolaşmırdı. Öləndən sonra yayıldı. Bəzi şeylər ola bilər uydurmadır, deyə bilmərəm. Amma mən özüm həyatımda onun cəddini hiss etmişəm. Danışım da sizə. Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, iki gün qabaq bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb. Amma fikirləşdim ki, eybi yox, hoteldə səhər yeməyini yeyəndən sonra onsuz Moskvaya uçasıyıq. Orada xərcləməyə rublum var idi. Səhər oyandıq, gördük dumandan göz-gözü görmür. Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa. Özüm də susamışam.
- Və dua edirsiniz.
- Hə, dua edirəm. Bir də gördüm, ay seyid, bir gün çıxdı... Gözlərim yaşardı. Dedilər təyyarə gəlir, sevinc doldu ürəyimə. Olub, çox olub. Əşşi, birini də danışacağam. Burada direktor olduğum vaxtlardır, Amerikaya səfərim var.
Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka (paslanmayan dəmir-M.A.) pilləkən lazımdır. Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Sürücüyə dedim, sür Sabunçuya, orada bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm, orada dörd dənə mən istəyən nerj. Dördü də bir-birinin yanında qoyulub, gəl apar... Cəddini çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə... Ona mən çox inanıram. Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 855 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl
15.10.2026 218 İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir
İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə
15.10.2026 197 Sabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15.10.2026 187 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib
15.10.2026 232 Trampın kürəkəninə qarşı iddia qaldırıldı
"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə
15.10.2026 180 Saleh Səmədova hökm oxundu
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v
15.10.2026 226 "Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd
15.10.2026 184 Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
15.10.2026 257 Bakı Bəyannaməsi qəbul edildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15.10.2026 255