"Ermənistan Rusiyanın beynəlxalq düşməninin himayəsi altına yerləşib"-Elçin Xalidbəyli
"ABŞ və Ermənistan arasında imzalanan strateji tərəftaşlıq haqqında müqavilə Bayden hakimiyyətinin Cənubi Qafqazdakı hadisələrə kobud müdaxiləsidir. Bu ABŞ-nin sülh müqaviləsinə pozulmasına qarşı yönləndirdiyi təxribat cəhdidir. Onu da qeyd edim ki, Ermənistanın siyasi darələrində Tramp admistrasiyasının onlara dəstək olmayacağına dair narahatlıq mövcuddur. Ancaq Bayden hakimiyyəti bitməsinə az qalmış Ermənistanın siyasi müdafiəsini təmin etmiş oldu. Bayden hakimiyyəti Ermənistanı Tram admistrasiyasının himayəsi altın yerləşdirmiş oldu. Tramp istənilən halda bu sənədi nəzərə almalı olacaq. Ermənilər buna uzun müddətdir ki, cəhd göstərirdilər. Bayden hakimiyyətinin son günlərində də buna nail oldular.".
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
Onu qeyd edib ki, Vaxtı ilə analoji sənəd Gürcüstanla da imzalanmışdı. Sonradan Gürcüstan və ABŞ arasında münasibətlərin necə olduğu açıq şəkildə ortaya çıxmış oldu. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövləti də ABŞ-lə münasibətlərini normallaşdırmağa cəhd göstərməlidir:
"Ermənistanın Tramp admistrasiyası dövründə ABŞ ilə münasibətlərin starteji tərəftaşlıq səviyyəsinə qaldırılması olduqca vacibdir. Bu halda Ermənistanın ABŞ ilə imzaladığı sənədi balanslaşdırmaq mümkündür. Eyni zamanda bu sənəd Azərbaycanla yanaşı Rusiya və İrana da ciddi problemlər yarada bilər. Çünki, İran demək olar ki, Ermənistanı özünün qırmızı xətti hesab edir. Bu sənəd Ermənistanla Rusiya arasında da ciddi problemlər yarada bilər. Çünki, Ermənistan Rusiyanın müttəfiqidir. Eyni zamanda bu iki dövlət arasında təhlükəsizlik müqaviləsi mövcuddur. Lakin hazırda Ermənistan Rusiyanın beynəlxalq düşməninin himayəsi altına yerləşib. Bu Rusiya üçün çox ciddi bir problemdir. Bundan sonra Rusiya və İranın Ermənistanla münasibətlərinin hansı istiqamətə yönələcəyi sual altındadır. Olduqca maraq doğuracaq proseslərə gətirib çıxara bilər. Hazırda Ermənistan bu müqaviləni bağlamaqla gələcəyini ciddi risk altına atıb. Paşinyan hakimiyyətinin bu addımına Rusiyanın sanksiyalar tətbiq etməsi də mümkündür. Ermənistanın iqtisadi və ticari münasibətləri Rusiya ilə ciddi problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyadan daha ucuz qiymətə enerji resursları alır. Bunun da dayandırılması ehtimalı vardır. Ermənistan bazarı Rusiya üçün ciddi əhəmiyyət daşımır. Rusiya bu miqaviləyə cavab olaraq alternativ müqavimət göstərərsə Ermənistan üçün ağır nəticələr verə bilər. Hələlik, Ermənistan bu riskli addımla özünü daha rahat hiss edə biləcəyini düşünür. Bu addımın hansı geopolitik nəticələr doğuracağını yəqin ki, tezliklə aydınlaşacaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 15 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15.10.2026 119 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:
15.10.2026 147 Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM
Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki
15.10.2026 167 Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?
Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans
15.10.2026 218 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib
15.10.2026 216 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
15.10.2026 184 Çaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı
Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa
15.10.2026 202 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
15.10.2026 180 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15.10.2026 193