AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib

AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilibSumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün yenidən inşası sürətlə davam etsə də, ərazidə olan marşrut avtobuslarının hərəkət sxeminin dəyişdirilməsi sərnişinlərin narahatlığına səbəb olub.

TNS-ə müraciət edən Saray qəsəbə sakinləri bildiriblər ki, marşrut xətlərinin plansız dəyişdirilməsi onlara xeyli çətinliklər yaradıb. Xüsusilə, 523 saylı marşrutun sərnişinləri bir aya yaxındır ki, küçələrdə çaş-baş qalıb. Sumqayıt-Saray-Xırdalan marşrutu üzrə avtobusların hərəkəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qərarı ilə dəyişdirilib. Təxminən 8-10 dəqiqə intervalla hərəkət edən avtobusların hərəkət istiqaməti dəyişdirilib, həmin nəqliyyat vasitələrinin Sumqayıta girişinə icazə verilmir. Marşrut indi yalnız Saray-Xırdalan və Xırdalan-Saray xətti üzrə hərəkət edə bilir. Sakinlər əvvəllər Sumqayıt şəhərindən Saray qəsəbəsinə, oradan isə Xırdalana rahat və təhlükəsiz hərəkət edə bildikləri halda, indi bu rahatlıqdan məhrum olublar. Nəticədə 523 saylı marşrutdakı avtobusların sayı iki dəfə azaldılıb, avtobuslar arasındakı interval 8 dəqiqədən yarım saata qədər artırılıb. Bu da sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsinə səbəb olub.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə 523 saylı marşrut xəttinin daşıyıcısına müraciət etmək istəsələr də, cəhdləri boşa çxıb: "Nə daşıyıcını tapa bilirik, nə də kiməsə sözümüzü deyə bilirik. Sürücülər isə bildirirlər ki, avtobusların sayı rəhbərliyin qərarı ilə azaldılıb. Xətdə 20-yə yaxın avtobus var idi, indi heç 10 avtobus qalmayıb. Sürücülər də növbəli iş rejiminə keçdiyindən özlərinə başqa iş axtarmaq qərarı veriblər. Sözümüzü ancaq sürücülərə deyə bilirik. Onlar da deyir ki, nə göstəriş verilirsə, icra edirlər. Dəfələrlə etiraz etsək də, səsimizə səs verən yoxdur. Sürücülər deyir ki, qərarı AYNA verib, marşrut xəttini onlar müəyyən edib, marşrut sahibi də ona görə avtobusların sayını azaldıb".

Sakinlər bildiriblər ki, hazırda bir marşrut üzrə hərəkət edənlər həm saatlarla yolda dayanır, həm də ikiqat xərcə düşürlər: "523 saylı marşruta minirdik, 50 qəpik ödəməklə Saraya, oradan isə Xırdalana rahat gedirdik. Amma indi biz həmin marşrutla 50 qəpik ödəməklə Xırdalana getməliyik, Xırdalanda düşüb başqa marşrutla Sumqayıta getməliyik. Bunun üçün isə əlavə 50 qəpik də ödəməliyik. Guya ki, bunlar problem həll ediblər.

Xırdalandan Sumqayıta 505 saylı marşrut açıblar. Həmin marşrut üzrə hərkət edən avtobuslar saatda 1 dəfə gəlir. Biz Sumqayıta getmək üçün 10 dəqiqəlik yolu 2 saata gedirik. Bu, hansı düşüncə ilə, kim tərəfindən edilib, məlum deyil. 505 saylı marşrutda işləyən avtobuslar yarım saatdan, bir saatdan bir gəlir. Əksəriyyətimiz 523 saylı avtobusla Saray körpüsünə gəlib, oradan sökülmüş körpünün yanından piyada, palçığa bata-bata keçib, Sumqayıtdan digər marşrutla bazara gedirik. Heç kim də bizim səsimizi eşitmir. Nə AYNA, nə daşıyıcı, nə də sürücülər. Artıq sürücülərlə üz-üzə qalmışıq. Demək olar ki, hər gün sürücülərə dava edirik. Dərdimizi kimə deyək?"

Məsələ ilə bağlı TNS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu barədə əvvəlcədən sakinlərə məlumat verilib: "Məlumat verildiyi kimi, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün inşası ilə əlaqədar 8 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib: "Vətəndaşların Sumqayıtdan Xırdalana birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli marşrut fəaliyyət göstərir. Marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Sumqayıt şəhərinin Koroğlu prospekti (dairənin yaxınlığı) müəyyən edilib".

P.S.: Anladıq ki, sərnişinlərə məlumat verilib. Amma onlara deyilməyib ki, bir marşrut üzrə hərəkət etmək üçün saatlarla yollarda qalacaqsınız, ikiqat xərcə düşəcəksiniz, saatlarla küçələrdə avtobus gözləyəcəksiniz. AYNA-nın ağlasığmaz planı sərnişinləri didərgin salmaqdan başqa bir şey deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1440   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 119
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 147
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 167
.

Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?

Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans

15.10.2026 218
.

Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib

15.10.2026 216
.

Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb

Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki

15.10.2026 184
.

Çaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı

Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa

15.10.2026 202
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 180
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15.10.2026 193
.