"Bayden gethaget vəziyyətində son addım olaraq öz ermənipərəst xislətini ortaya qoydu" - Elman Nəsirov
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Bayden administrasiyası gethaget vəziyyətində son addım olaraq öz ermənipərəst xislətini ortaya qoydu.Trampın Bayden administrasiyasının Ermənistanla imzaladığı sənədə eyni münasibətlə yanaşmaması istisna deyil. Tramp dövründə Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişaf tempinə malik olacağına ümidlər var :
"ABŞ- də hakimiyyətdən getməyə hazırlaşan Bayden administrasiyası 4 il ərzindən Ermənistanın müdafiəsi və dəstəklənməsi yolunda nə mümkündürsə, bütün addımları atdı. İndi gethaget vəziyyətində son addım olaraq öz ermənipərəst xislətini ortaya qoydu və Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ- nin dövlət katibi Blinken arasında strateji tərəfdaşlıq sazişi imzalandı.Əvvəla, iki dövlətin münasibətləri son 4 ildə strateji dialoq səviyyəsində idi, indi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirlər.Bu həm də hərbi komponenti özündə ehtiva edir. ABŞ heç bir halda regiona sülh və əmin-amanlıq, təhlükəsizlik deyil, ciddi təhdidlər yaradır. Bayden administrasiyası Rusiya - Ukrayna müharibəsinin başlanmasında hansı məsuliyyəti daşıyırdısa, eyni məsuliyyətlə də Cənubi Qafqazı ukraynalaşdırma siyasəti həyata keçirir. Bu, çox təhlükəli tendensiyadır. Tramp administrasiyası bir çox sənədlərə yenidən baxacaq. Tramp indədən bildirir ki, Baydenin qəbul etdiyi bir çox sənədlər ABŞ-nin milli maraqlarına ziddir. Tramp çox gözəl bilir ki, Qafqaz regionu hansı zonada yerləşir və Azərbaycan hansı siyasəti həyata keçirir. Bu, müstəqil, milli maraqlara söykənən, regional və qlobal təhlükəsizliyə töhfə verən siyasətdir. Bu nöqteyi-nəzərdən istisna deyil ki, Tramp Ermənistanla münasibətlərin səviyyəsini aşağı endirsin. Nəzərə alsaq ki, 2015-ci ildə də 6 dövlət 5 Təhlükəsizlik Şurasının daimi üzvü ABŞ və İran nüvə razılaşması əldə etmişdi. Tramp 2018-ci ildə onu ləğv etdi. Yeni reallıqda da Trampın Bayden administrasiyasının Ermənistanla imzaladığı sənədə eyni münasibətlə yanaşması istisna deyil. Tramp dövründə Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişaf tempinə malik olacağına ümidlər var və bu ümidlər əsaslıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1011 Tarix: 15 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15.10.2026 119 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:
15.10.2026 147 Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM
Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki
15.10.2026 167 Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?
Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans
15.10.2026 218 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib
15.10.2026 216 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
15.10.2026 184 Çaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı
Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa
15.10.2026 202 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
15.10.2026 180 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15.10.2026 193