Hərbi Hava Qüvvələrinin hərbçiləri 9 aydır nazirlikdən pullarını ala bilmirlər – "DEYİRLƏR Kİ, BÜDCƏDƏ VƏSAİT YOXDUR"
"Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa, o, heç vaxt öz iradəsi ilə döyüşməz. Hətta savaşda Vətəni sevdiyi üçün yox, məcburiyyət qarşısında şəhid olar".
Bu barədə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edən hərbi qulluqçular tərəfindən "Hürriyyət"ə daxil olan müraciətdə bildirilir. Rəhbərlikdən şikayət edən hərbçilər may ayından məzuniyyət, ezamiyyət və maddi yardım ödənişlərini ala bilmədiklərini iddia edirlər:
"Məsələ ondan ibarətdir ki, biz may ayından bu günə kimi məzuniyyət, ezamiyyət və maddi yardım ödənişlərini ala bilmirik. Səbəb olaraq, maliyyə büdcəsində pul olmadığı barədə məlumat verilir. Lakin eşidirik ki, cənab Prezident hərbi qulluqçulara və yaxud Müdafiə Nazirliyinə 5 milyard manat pul ayırıb...".
Əksəriyyəti Qarabağ veteranı olan, "Qisas", Dəmir Yumruq" və digər iri çaplı döyüşlərdə iştirak edən hərbçilər deyir ki, rəhbərliyin bu cür münasibəti onları ruhdan salır və ikinci iş axtarmağa məcbur edir: "Hərbçilərin bu ödənişləri almaması və maliyyə durumunun getdikcə aşağı düşməsi onların əlinə silah alıb döyüşməkdən başqa hər bir işə qaçacağına dəlalət edir. Hətta aramızda ailəsini dolandırmaq üçün ikinci iş axtaranlar, fəhləlik etmək istəyənlər var və onları kimsə qınaya bilməz. Çünki bir ailənin qazancını təmin edəcək pul təzminatları vaxtında ödənilmirsə, ailə başçısı başqa işlərə (taksi, kuryer, fəhləlik və s) getməyə məcburdur. Azərbaycan ordusunun bu qədər maliyyə büdcəsi varsa, biz niyə vaxtında pul təminatını almamalıyıq?!"
Hərbi Hava Qüvvələrinin hərbçiləri müraciətlərində "kabinet işçiləri"nə hər ay maaşdan əlavə "paket" verilməsindən də bəhs edirlər: "İkinci növbədə zabitlərə (hərbi hissə komandirinə, müavinlərinə, o cümlədən kabinetdə oturanlara, rahat yerdə yatanlara) pul mükafatı olara "paket" verilməsi, aşağı vəzifəli şəxslərin haqlarının kəsilməsi biz hərbi qulluqçuları narahat edir. Dəniz səviyyəsindən 3500 metr yüksəklikdə xidmət edən gizirin və yaxud "maxe"nin nə günahı var ki, onlar "paket" almır, lakin əziyyətin 90%-ni onlar çəkirlər?! Əslində, zabitlərə "paket" verilməsi ayrı-seçkilik olmaqla yanaşı, orduda ixtilaf yaradır və Ali Baş komandanın ordu qarşısında nüfuzunu alçaldır. "Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni ayaq üstə saxlayırsa", ən aşağı təbəqədən yuxarı təbəqəyə kimi olan hərbçilərə pul mükafatının verilməməsi onların döyüş ruhunu aşağı salır. "Biz vətəni sevirik" cümləsinin ardından zatən "hərbi qulluqçular şəhid olmağa hazırdır" sözü gəlir. Lakin rəhbərlik də bizim maddi büdcəmizi fikirləşməlidir. Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa o hərbçi heç vaxt iradəsi ilə döyüşməz, məcbur qarşısında qalıb şəhid olar!
Zəhmət olmasa bizim müraciətimizi dərc edin, bəlkə rəhbərlərin ürəyində bizə qarşı rəhm yaranar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4030 Tarix: 16 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15.10.2026 119 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:
15.10.2026 147 Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM
Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki
15.10.2026 167 Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?
Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans
15.10.2026 218 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib
15.10.2026 216 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
15.10.2026 184 Çaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı
Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa
15.10.2026 202 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
15.10.2026 180 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15.10.2026 193