İynəyə görə xəstə ölmüşdü - 70 yaşlı həkim bu cəzanı aldı

İynəyə görə xəstə ölmüşdü - 70 yaşlı həkim bu cəzanı aldıŞəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo" xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.

O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.

Belə ki, Şəki rayon Kiş kənd sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. "Kifoskolioz" diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında "Flosteron" və 5 ml-lik "Novokain" dərman qarışığı, həmçinin 2 ml "Etofleks" və 2 ml "Tiofleks" dərman preparatları vurulub.

Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. O, orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.

Məhkəmə 70 yaşlı həkimi qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 16 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. "Qafqazinfo" xəbər verir ki, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağ

10:32 326
.

Zelenski ABŞ-yə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski bir həftə ərzində ABŞ-a səfər edəcəyini bildirib. xəbər verir ki, o bu barədə TSN telekanalına müsahibəsində qeyd edib. O, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşəcəyini istisna etməyib. "Çox güman ki, ABŞ-də görüşümü

23.07.2026 385
.

İran ABŞ-ın Küveytdəki hərbi bazasını vurduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveytdə yerləşən hərbi obyektinə zərbə endirildiyini bəyan edib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hücum zamanı ABŞ-ın Əl-Ədiri hərbi bazasında silah-sursat və hərbi texnikanın saxlanıldığı üç anqar, həmçini

15:33 55
.

Bu teatra yeni direktor təyin olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dra

14:09 136
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23.07.2026 502
.

Putinin işdən çıxardığı Melikov siyasətə qayıdır?

Bir neçə ay əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən işdən çıxarılan Dağıstanın keçmiş rəhbəri Sergey Melikova yeni vəzifə təklif edilib. "AzPolitika" xəbər verir ki, ona Bryansk vilayətindən senatorluğa namizədliyini irəli sürməsi təklif olunub. Bu təklifi isə müvəqqəti olaraq Bryans

23.07.2026 413
.

İran ABŞ-ın Bəhreyn və İordaniyadakı hərbi bazalarını hədəf alıb

İranın Press TV kanalının verdiyi məlumata görə, İran ordusu cümə günü səhər saatlarında Bəhreynin Şeyx İsa və İordaniyanın Əl-Əzraq hava bazalarındakı ABŞ hədəflərinə hücum dronları atdığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, dövlət televiziyası IRIB tərəfindən yayımlanan İran hərbi videosund

10:30 307
.

Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Bu barədə Çexiya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopteri

23.07.2026 376
.

Rusiya Kiyevi raket atəşinə tutdu, paytaxtda partlayışlar baş verdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə növbəti raket hücumu həyata keçirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhər meri Vitali Kliçko bildirib ki, paytaxtın müxtəlif ərazilərində partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb. Ukrayna Silahl

15:08 102
.

TOP MP3