"Fermerlərə dərman preparatları əlçatan qiymətə təklif edilməlidir"-VAHİD MƏHƏRRƏMOV

"Fermerlərə dərman preparatları əlçatan qiymətə təklif edilməlidir"-VAHİD MƏHƏRRƏMOVPambıq bitkisi geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. Xalq təsərrüfatının heç bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, ipliklər və geyimlər, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Maşın və təyyarəqayırma, kimya sənayesi və heyvandarlıqda qiymətli xammal kimi geniş istifadə edilir.

Lakin pambığı qorumaq üçün fermerlər dərman preparatlarının zəif olmasından şikayət edirlər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən kənd təsərrüfatı üzrə aparıcı ekspert Vahid Məhərrəmov bildirib ki, ölkəyə gətirilən və hazırlanan dərman preparatları bir çox hallarda standartlara cavab vermir. Xüsusilə, əsas təsiredici maddələrin ucuz məhsullardan alınması nəticəsində həşərata təsiri azalır. Buna görə də bitkiçilikdə və ya kənd təsərrüfatında deyil, ölkəyə gətirilən bütün dərman preparatlarının keyfiyyətində narahatçılıqlar yaşanır:

"Fermerlərə dərman preparatları əlçatan qiymətə təklif edilməlidir"-VAHİD MƏHƏRRƏMOV"Əvvəllər İrandan və Türkiyədən gətirilən dərman preparatlarının tərkibi daha güclü idi. Fermerlər özləri dərmanları xarici ölkələrdən şəxsən sifariş verdikdə keyfiyyətli məhsul əldə edə bilirlər. Lakin bizim işbazlar sifariş verib, satışı həyata keçirərkən dərmanların keyfiyyəti demək olar ki, aşağı olur. Ucuz alıb, baha satmaq istəyirlər.
Pambıqçılıqda istifadə edilən preparatlara gəldikdə isə, onların keyfiyyəti həqiqətən də aşağıdır. Bu dərmanların ölkəyə gətirilməsində özəl sahibkarlara da imkan yaratmaq lazımdır. Belə olduğu halda bazarda rəqabət yaranar. Kim keyfiyyətli dərman preparatı gətirirsə və fermerlərə əlçatan qiymət təklif edilirsə, o zaman yaxşı məhsul əldə edilə bilər. Çalışmaq lazımdır ki, bu sahədə rəqabət olsun. Rəqabət olmadığı halda bazarda ucuz və keyfiyyəti aşağı olan preparatlar görünür. Ucuz preparatlarla keyfiyyətli məhsul əldə etmək mümkün olmur. Bu isə ümumilikdə Azərbaycandakı istehsala da təsir göstərir. İstehsal azalır, məhsulların maya dəyəri yüksəlir. Kənddə fermerlər isə bir o qədər də gəlir əldə edə bilmirlər."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə zərbə vuran kampaniyalar və səfirliyimiz qarşısındakı aksiyalar

"Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin sosial şəbəkələrdəki emosional çıxışlarından, siyasi maraqlardan və süni şəkildə yaradılan informasiya dalğalarından qat-qat böyükdür. Lakin son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamlar, təhqiramiz paylaşımla

11:49 167
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14.10.2026 415
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 244
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

00:02 450
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

14:09 111
.

Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?

Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl

12:01 148
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

14.10.2026 243
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14.10.2026 256
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

13:08 174
.