Kirayə qiymətlərində ŞOK artım: Gələn aydan bu ərazilərdəki evlər...
Son dövrlərdə paytaxtda kirayə mənzillərin qiymətləri sürətlə yüksəlməkdədir. Xüsusilə şəhər mərkəzində və metro stansiyalarına yaxın ərazilərdə qiymətlər əvvəlki aylara nisbətən xeyli artıb. Ekspertlər isə il sonuna qədər bahalaşmanın davam edəcəyini proqnozlaşdırırlar.
Kirayə axtaranlar üçün vəziyyət daha da çətinləşə bilərmi?
"Yeni Sabah"ın əməkdaşı əmlak eksperti Anar Nəsirovla kirayə mənzil bazarında ən son vəziyyəti müzakirə edib.
Ekspert mövzunu şərh edərkən növbəti aylarda durumun hansı istiqamətdə dəyişəcəyi ilə bağlı ehtimalları açıqlayıb:
"Kirayə mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri təklifin tələbi qarşılaya bilməməsidir. Bakıda işləmək və ya təhsil almaq məqsədilə paytaxta üz tutan rayon sakinlərinin, eləcə də turistlərin və əcnəbilərin sayının artması bu balanssızlığın əsas amillərindən biridir. Quru sərhədlərin açılması isə bu tendensiyanı daha da gücləndirə bilər, çünki turist axınının çoxalması kirayə mənzil bazarına əlavə təzyiq yaradacaq.
Xüsusilə şəhərin mərkəzi hissələrində ev qiymətlərinin yüksək olması, vətəndaşları kənar ərazilərə yönəldir. Yeni Günəşli, Nefçilər və Qara Qarayev metrostansiyalarının ətrafında yerləşən kirayə mənzillərin qiymətlərində yaxın aylarda artım gözlənilir. Ümumilikdə isə il sonuna qədər bazarda 30-40 faizlik bahalaşma ehtimalı var".
A.Nəsirov qeyd edib ki, kirayə qiymətlərində ucuzlaşma yalnız təklifin tələbi üstələdiyi halda mümkündür, lakin hazırkı şəraitdə bu real görünmür, çünki tələb kifayət qədər yüksəkdir:
"İnsanlar daha çox şəhərə yaxın Xırdalan, Biləcəri, Yeni Günəşli, Nefçilər və Qara Qarayev kimi ərazilərə üz tuturlar. Bir zamanlar bu yerlərlə mərkəz arasındakı qiymət fərqi 50 faizə qədər idisə, hazırda bu fərq cəmi 10 faiz təşkil edir. Tələbin davamlı artması fonunda bu ərazilərdəki kirayə qiymətlərinin şəhərin mərkəzindəki səviyyəyə yaxınlaşması mümkündür. Xüsusilə metro stansiyalarına yaxın yerlərdə bahalaşma daha çox nəzərə çarpır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1076 Tarix: 01 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029
14.10.2026 283 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edib
12:31 260 17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
13:14 177 İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14.10.2026 414 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy
10:00 154 "Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd
14:09 2 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra
14.10.2026 242 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14.10.2026 254 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
11:44 224