Yer üzündəki cəhənnəm: Daha böyüyü yoxdur - Video
El Salvadorun Teçoluka bölgəsində yerləşən və "Yer üzündəki cəhənnəm" kimi tanınan terrorizm həbs mərkəzi 1 fevralda fəaliyyətə başlamasının ikinci ilini qeyd etməyə hazırlaşır.
Ölkə.Az xəbər verir ki, Latın Amerikasının ən böyük həbsxanası olan bu müəssisə prezident Nayib Bukelenin hökuməti tərəfindən kriminal qruplara qarşı mübarizənin rəmzinə çevrilib.
"Həbs Mərkəzi" paytaxt San Salvadordan təxminən 75 kilometr (47 mil) cənub-şərqdə cəngəlliyin kənarında yerləşir.
AFP xəbər agentliyinin məlumatına görə, MS-13 və "18-ci küçə" kimi təhlükəli qruplaşmaların yüzlərlə üzvünün saxlanıldığı bu həbsxana, təxminən 18 min dəstə üzvünü həbs edərək El Salvador küçələrini təmizləməkdə mühüm rol oynayıb. Həbsxananın ümumi tutumu 40 min nəfərdir.
Məlumata görə, həbsxananı 1000-ə yaxın həbsxana zabiti, 600 əsgər, 250 çevik polis qoruyur və təhlükəsizlik kameraları 24 saat işləyir.
Agentlik yazır ki, burada məhbuslara gün ərzində cəmi 30 dəqiqəliyə kameralardan çıxmağa icazə verilir, yaxınlarının ziyarətləri isə qadağandır. Həmçinin qeyd olunur ki, məhbuslar burada döşəksiz paslanmayan polad çarpayılarda yatmağa, kameralardakı böyük plastik çəlləkdən su içməyə məcbur edilirlər.
Hətta məhbuslar arasında 200 ildən çox müddətə azadlıqdan məhrum edilənlər olduğu deyilir.
Dünyada məşhur olan və pis şöhrət qazanan MS-13 dəstəsinin üzvlərindən biri, 41 yaşlı Marvin Vaskes həbsxanaya göndərilməzdən əvvəl təxminən 20-30 nəfəri öldürdüyünü iddia edir.
Həbsxana həyatı ilə bağlı fikirlərini bölüşən Vaskes üç dəfə yemək verildiyini, idmanla məşğul olmaq və dini proqramlar izləmək imkanı olduğunu qeyd edib:
"Həbsxana beşulduzlu otel deyil, amma bizim üçün fərqi yoxdur. Biz burada etdiyimiz pis əməllərin cəzasını çəkirik və bu cəzanı qəbul edirik", - deyə məhbus bildirib.
Həbsxananın müdiri Belarmino Qarsiya bildirib ki, silahlı mühafizəçilər məhkumları daima izləyir. O, məhkumlara əsasən lobya, pendir və ya düyü-lobya qarışığı, bəzən banan və səhər yeməyi üçün bir fincan qəhvə və ya qarğıdalı əsaslı "atole" adlı içki verildiyini deyib.
"Frans 24" yazır ki, bu həbsxanada məhkumlara ət verilməsi qadağan edilib.
Qarsiya həbsxananın hüquqi prosedurlara və insan hüquqlarına ciddi riayət etdiyini iddia edərək deyib:
"Bu şəraitdə əgər məhkumlar buradan çıxarlarsa, reabilitasiya olunmayacaqlar və dövlət üçün yükə çevriləcəklər. Onlar həm fiziki, həm də psixi cəhətdən xəstə, həmçinin qəzəblə dolu halda azadlığa çıxacaqlar".
El Salvadorun ictimai təhlükəsizlik naziri Qustavo Vilyatoro bildirib ki, məhkumların əksəriyyətinin ömrünün sonuna qədər həbsdə qalma ehtimalı çox yüksəkdir:
"Biz reabilitasiyaya inanırıq, amma bu, yalnız adi cinayətkarlar üçündür".
Həbsxana, təkcə El Salvadorun deyil, bütün Latin Amerikaaının ən böyük və ən mübahisəli həbs mərkəzlərindən biri olaraq diqqət çəkməyə davam edir.
Cinayətkarların "Terrorizm Həbs Mərkəzi" ndə toplanmasından sonra Salvadorda cinayət saylarında azalma olduğuna görə Nayib Bukeleyə təriflər yağdırılsa da, bu vəziyyət hüquq təşkilatlarını narahat edir.
Məhbusların cinayətləri etiraf etməyə məcbur edilməsi, zorakılığa məruz qalmaları, eləcə də onlara vəkilləri və ailə üzvləri ilə görüşməməyə icazə verilməməsi kəskin tənqid edilir.
"Socorro Juridico Humanitario" hüquq müdafiə qrupu hesab edir ki, saxlanılanların demək olar ki, üçdə biri günahsızdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1256 Tarix: 03 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy
10:00 130 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
11:44 73 Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN
Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb
14.10.2026 313 İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?
Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu
14.10.2026 305 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl
14.10.2026 314 "Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist
14.10.2026 327 Məktəbin dünyəviliyi - hüquqi dövlətin, azad düşüncənin və müasir cəmiyyətin təməl prinsipi
Məktəb yalnız bilik verilən bir müəssisə deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı, insanın dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin təşəkkül tapdığı mühüm ictimai institutdur. Buna görə də təhsil ocağının dünyəvi mahiyyətinin qorunması təkcə təhsil sisteminin deyil, bütövlükd
10:26 119 ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq
OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində
14.10.2026 249 Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?
Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə
14.10.2026 283