Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyikYanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

Axşam.az xəbər verir ki, bu haqda "Dunyo" agentliyi məlumat yayıb.

Görüş zamanı bildirilib ki, bu, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.

"Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınmasını təklif etmişdi.

Əlavə edək ki, sözügedən sistem artıq Qırğızıstanla Özbəkistan arasında mövcuddur. 2023-cü il sentyabrın 1-dən iki ölkə vətəndaşları iki dövlətin ərazisinə giriş, çıxış, səyahət və qalmaq üçün şəxsiyyət vəsiqələrindən istifadə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında sənəd 1 aprel 2021-ci ildən qüvvədədir. Həmin tarixdən etibarən hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə bilirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1140   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

14.10.2026 235
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14.10.2026 229
.

Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?

Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl

12:01 0
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 283
.

Təhsil ocaqlarına hücum - cəmiyyətin gələcəyinə, elmə və insan ləyaqətinə zərbədir

Təhsil müəssisələri cəmiyyətin ən həssas və eyni zamanda ən strateji məkanlarından biridir. Məktəbə, müəllimə və şagirdə yönələn təzyiqi adi mübahisə, şəxsi narazılıq və ya gündəlik hadisə kimi qiymətləndirmək olmaz. Təhsil ocağının təhlükəsizliyini, fəaliyyətini və nüfuzunu hədəfə alan hər bir zorak

10:31 127
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

14.10.2026 241
.

300 il əvvəlki romanda süni intellektin yaranacağı proqnozlaşdırlıb: məşhur yazıçı nəyi təsvir edib?

Conatan Sviftin 300 il əvvəl nəşr olunan "Qulliverin səyahətləri" romanı müasir süni intellekt texnologiyalarını xatırladan bir ixtiranın təsvirinə görə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadən xəbər verir ki, 1726-cı ildə ilk dəfə nəşr olunan əsərdə təsvir edilən qurğularda

14.10.2026 218
.

Məktəbin dünyəviliyi - hüquqi dövlətin, azad düşüncənin və müasir cəmiyyətin təməl prinsipi

Məktəb yalnız bilik verilən bir müəssisə deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı, insanın dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin təşəkkül tapdığı mühüm ictimai institutdur. Buna görə də təhsil ocağının dünyəvi mahiyyətinin qorunması təkcə təhsil sisteminin deyil, bütövlükd

10:26 119
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. BİG.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

10:16 145
.

Son Xəbərlər