Xalq artisti Tünzalə Ağayeva yenə sevənlərini təəccübləndirdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva yenə sevənlərini təəccübləndirdi - VİDEOXəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva məşhur "Mən bu eşqə düşəni" mahnısına yeni nəfəs verib.

BiG.AZ bildirir ki, pop ulduz sözügedən mahnı üçün klip də çəkdirib. Ekran işi və mahnı qısa zaman kəsiyində böyük rəğbət qazanıb. Tam fərqli janrda səslənən mahnıya estrada ulduzu daha bir fərqlilik gətirib.

Xalq artisti bununla bağlı fikirlərini bölüşüb: "İllərdir bu mahnı bizim yaddaşımızdadır. Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir. Məktəb illərimdən eşidib sevmişdim bu mahnını. Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb. Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub. Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu. Məndə arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb. Ümumiyyətlə belə dillərəzbərinə çevrilən mahnıları yenidən işlənilməsi, məni daim çox həyəcanlandırıb. Peşəkar yanaşma bu cür əsərlərin ömrünü uzadır, yeni nəsillərə nümunə olur, bundan gözəl nə ola bilər? Bu işim, mənim, bir bəstəkar, Xalq artisti kimi zəngin Azərbaycan musiqi xəzinəmizə bir hədiyyəm olsun".

Qeyd edək ki, sözügedən mahnıya çəkilən klip Xalq artisti Tünzalə Ağayevanın şəxsi "Youtube" kanalında yerləşdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 11450   Tarix: 20 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3