"Ölkəmizdə cənab prezidentin siyasi iradəsi və cəmiyyətimizin ayıqlığı ilə sərvətimiz olan stabilliyimizi qoruya biləcəyik"-DEPUTAT
20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı kiber hücum həyata keçirildi. Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən bu hadisədən sonra veb-saytların fəaliyyəti bərpa edildi.
Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan millət vəkili Vüqar İskəndərov bildirib ki, dünya yenidən şəkillənir, siyasi palitra yenilənir. Hazırda beynəlxalq siyasi sistemlər müstəvisində xaos hökm sürür. Müharibələr, terror təhlükələri və qaynar nöqtələr böyük super güc olan ölkələrin bu fürsətdən istifadə edərək bir növ dünyanın bölüşdürülməsi prosesində iştirak etmək üçün start verib:
"Müasir dövrün təhlükəli tendensiyası texnologiyanın sürətlə inkişafı nəticəsində kiber cinayətlərin sayının artmasıdır. Ölkəmizdə kiber cinayətlərlə mübarizə sahəsində kifayət qədər işlər görülür. Dövlət orqanları bir çox nazirliklərin tərkibində kiber cinayətkarlıqla mübarizə aparan şöbələr yaradıb. Kifayət qədər də effektli fəaliyyət göstərilir. Coğrafi mövqeyimiz, Azərbaycanın artan gücü və qlobal oyunçular arasında mövqeyi bir çox ölkələrin üzərimizə gəlməsinə səbəb olur. Təbii olaraq, təkcə Azərbaycana yox, bir çox ölkələr də kiber cinayətkarlarının hücumlarına məruz qalır. Belə bir hadisə Azərbaycan mediasının da başına gəldi.
Təbii olaraq, media bununla bağlı açıqlama verdi. Kiber hücumun qarşısı alındı. Terror təşkilatının Azərbaycanda baş qaldırmasına heç bir vəclə imkan verilmədi. Belə hücumlar və onların fəaliyyəti dövlət orqanları və digər təşkilatların ayıq-sayıqlığı ilə məhdudlaşdırıldı.
Lakin Azərbaycanın artan gücü və siyasi çəkisi şər qüvvələri aktivləşdirir. Onlar cinayət əməlləri ilə bizə təsir göstərməyə çalışır, ictimaiyyətdə qorxu yaradırlar. Azərbaycan cəmiyyəti nəyin nə olduğunu anlayır və dövlətin gücünə inanır. Bu terror təşkilatları idarə olunan qüvvələrdir. Onlar xüsusi olaraq maliyyələşdirilir.
Düşünürəm ki, bu məsələlərlə bağlı müvafiq orqanlar işlərini görüb. Hücuma məruz qalmış media orqanları fəaliyyətini bərpa edib. Bunda əli olan cinayətkar dəstənin üzvlərinin hər biri zamanında bütün etdiklərinə görə cavab verəcəklər.
Hazırda ölkəmizdə terrorla, hərbi cinayətlərlə məşğul olan ermənilərin ədalət məhkəməsi keçirilir. Onlar qanunlarımız qarşısında cavab verir. Şər qüvvələr bütün gedən bu proseslərdən narahat olur. Siyasi sabitlik olan ölkəmizdə qanunsuz fəaliyyət göstərməyə çalışırlar.
Azərbaycanın müvafiq orqanları effektiv şəkildə bunların qarşısını ala bilir. Ölkəmizdə cənab prezidentin siyasi iradəsi və cəmiyyətimizin ayıqlığı, müvafiq orqanların nəzarəti ilə sərvətimiz olan stabilliyimizi qoruya biləcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 21 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
00:02 132 İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?
Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu
14.10.2026 260 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14.10.2026 134 Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14.10.2026 159 Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN
Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb
14.10.2026 200 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı
Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr
14.10.2026 138 İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi
"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək
14.10.2026 229 Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı
Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra
14.10.2026 213 QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri
Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir
14.10.2026 226