"Yol hər bir iştirakçı üçün əlçatan olmalıdır" - Nəqliyyat eksperti
Bu gün dünyadan velosipedlərdən istifadə yüksək səviyyədə inkişaf edir. Nəqliyyatın hərəkətini yüngülləşdirmək və tıxacların qarşısını almaq üçün mikromobilliyin inkişafı Azərbaycanda hansı vəziyyətdədir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, mikromobillik bizə indi çatır. Avropada bu sistem çoxdan qurulub. Biz təxminən 40 il gecikmişik. Biz o səviyyəyə çata biləcəyikmi, onu bilmirəm. Amma bu imkanlar yaradılırsa, alqışlamaq lazımdır:
"Azərbaycan buna yeni başlayıb. Mikromobilliyin inkişafı ilə bağlı müəyyən addımlar atılır. Ancaq Azərbaycanda, xüsusilə paytaxt Bakıda iqlim şəraiti elədir ki, velosiped sürmək hər zaman uğurlu nəticə vermir. Bakı küləklər şəhəridir. Velosipi külək aşırır. Velosipedlə yalnız şəhərdaxili hərəkət imkanları genişləndirilir. Vaxtilə Bilgəh tərəfdə də velosiped zolağı yaradılmışdı. Nə qədər səmərəli olduğu zaman göstərəcək. Yol hər bir iştirakçı üçün əlçatan olmalıdır. Piyada, sürücü, ictimai nəqliyyatdan istifadən edənlər, velosipedçi üçün də, motosiklet üçün də, hətta mal-qara otaranlar və at arabası üçün. Onlar da nəqliyyat vasitəsidir və yol hərəkət qaydası ilə tənzimlənir. Sadəcə mikromobillik bizə indi çatır. Avropada bu sistem çoxdan qurulub. Biz təxminən 40 il gecikmişik. Biz o səviyyəyə çata biləcəyikmi, onu bilmirəm. Amma bu imkanlar yaradılırsa, alqışlamaq lazımdır. Ümumilikdə yol hərəkəti məsələsinə də baxmaq lazımdır. Elə yer var ki, velosiped zolağı çəkilir, gün ərzində 5-10 velosipedçi keçir, ya keçmir, amma nəqliyyatın hərəkətini iflic edir. O ərazilərdə parkın içindən velosiped zolağı çəkmək lazlmdır. Birdən-birə qərar vermək lazım deyil ki, bu küçədə mütləq velosiped zolağı olsun . Gələcəkdə ictimai nəqliyyat inkişaf etdikcə, metroların sayı artdıqca, şəxsi avtomobildən istifadə azalacaq. O zaman görəcəyik ki, insanlar qısa məsafələrə velosiped, skuterlə hərəkət edir. Amma bu imkanlar yoxdursa, avtomobilin ümidinə qalan insanları sıxıb boğmaq düzgün deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 784 Tarix: 21 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467