"Ermənistan tərəfi 10 noyabr bəyannaməsinin icrasını istəmir" – Turan Rzayev

"Ermənistan tərəfi 10 noyabr bəyannaməsinin icrasını istəmir" – Turan Rzayev"Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir". Bu fikirləri prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Lakin bu gün Ermənistan verdiyi sözün və imzaladığı bəyanatın müddəalarına əməl etmir. Hətta problemlərin həlli üçün də hər hansı bir addım atmır.

Mövzu ilə bağlı BiG.AZ saytına açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların reallaşmamasının əsas səbəbi hər iki ölkə arasında olan fikir ayrılıqlarıdır:

"Ermənistan tərəfi 10 noyabr bəyannaməsinin icrasını istəmir" – Turan Rzayev"Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir. Bunun da hüquqi bazası 10 noyabrda imzalanan bəyanatda qeyd edilib. Ermənistan tərəfi isə 10 noyabr bəyanatının icrasını istəmir. Həmin ərazidən Azərbaycana alternativ yollar təşkil edilməsini istəyir. Təbii olaraq, bu, Zəngəzur Dəhlizi ilə müqayisə ediləcək yollar deyildir. Azərbaycanın dəhlizin açılmasında maraqlı olmasının səbəbi təhlükəsizlik faktoru ilə bağlıdır.
Paşinyanın Azərbaycana yeni yol təklif etməsinin səbəbi təhlükəsizliyə təminat verməsidir. Paşinyan bunu deyir. Lakin Ermənistanda revanşist qüvvələr var. Bu qüvvələrə Azərbaycan güvənmir. Çünki Ermənistandan keçən qatara və digər nəqliyyat vasitələrinə revanşist qüvvələrinin hücumunun olmamasına heç kim zəmanət verə bilməz. Keçmişdə biz bunun örnəklərinin şahidi olmuşuq.
Əgər bu gün Paşinyan zəmanət verirsə, o hakimiyyətdən getdikdən sonra revanşist qüvvələr ölkəni idarə etsə, iki dövlət arasında problem yenidən alovlanacaqdır. Azərbaycan bütün bunların olmaması üçün Zəngəzur yolunun dəhliz formatında icrasını istəyir. Beləliklə də gələcəkdə insidentlərin baş verməsinin qarşısını almağı hədəfləyir. Ermənistan məsələyə bu günün reallığı ilə baxır, gələcəyi düşünmür. Sadə təkliflər irəli sürür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Laos münasibətlərində yeni impuls

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı

11:51 173
.

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək

13:51 181
.

Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?

Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli

14:54 186
.

"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl

10:26 159
.

Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz

Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün

10:55 159
.

TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"

İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə

17:14 123
.

Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri

"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind

14:25 193
.

Dost münasibətlər iqtisadi imkanlara yol açır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü

12:00 178
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

10:09 218
.