Əsəd rejiminin daha bir cinayəti ÜZƏ ÇIXDI: evlər məzarlığa dönüb
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən 3 ay sonra onun cinayətləri ilə bağlı araşdırmalar davam edir. Ölkə vətəndaşları diktatorun hakimiyyəti dövründə sadiq qüvvələrin törətdiyi qırğınların yeni sübutlarını daha çox görürlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, xilasetmə xidmətlərinə evlərində məhv edilmiş bütöv ailələrin qalıqları barədə həyəcanlı xəbərlər daxil olub.
Dəməşq yaxınlığındakı Sbeyn bölgəsində dağılmış binalardan birinin zirzəmisində yanan sümük yığını aşkar edilib. Mülki müdafiə işçiləri qurbanların dəqiq sayını müəyyən etməkdə çətinlik çəkiblər, lakin ilkin hesablamalara görə, azı 20 cəsəd var. Qalıqların yanından güllə gilizləri tapılıb, kəllələrdən biri azyaşlı uşağa məxsus olub.
Qonşu Həcər Əsvədin sakinləri bildiriblər ki, vətəndaş müharibəsi zamanı yüzlərlə suriyalı Sbeyndan keçərək qaçmağa cəhd edib, lakin izsiz yoxa çıxıblar. İllər sonra əraziyə qayıdanlar onlarla cəsədlə rastlaşsalar da, rejimin repressiyalarından qorxaraq bu barədə məlumat verməkdən çəkiniblər.
Məhkəmə ekspertləri və müstəntiqlər deyirlər ki, Sbeyndəki qalıqlar dinc əhalini qorxutmaq üçün sadiq qüvvələr tərəfindən həyata keçirilən cəza əməliyyatlarının sübutudur. Bu kütləvi terror aktları üsyançıların nəzarətində olan ərazilərdə müqaviməti yatırmaq məqsədi daşıyıb.
"Ağ Dəbilqəlilər" xilasetmə təşkilatı indiyədək üç zirzəmidən 50-yə yaxın cəsədin çıxarıldığını, lakin ərazidəki digər yeddi yerin hələ də tədqiq edilmədiyini bildirib. Suriyanın digər bölgələrində kanalizasiya borularında, quyularda və tərk edilmiş binalarda da hələ də insan qalıqlarına rast gəlinir.
Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, rejim həbsxanalarında 100 minə yaxın insan itkin düşüb. Lakin aşkar edilmiş çoxsaylı kütləvi məzarları nəzərə alsaq, qurbanların real sayı daha çox ola bilər.
Məhkəmə ekspertləri xəbərdarlıq edir ki, cəsədlərin DNT testi vasitəsilə şəxsiyyətinin müəyyən edilməsi prosesi illər çəkə bilər və Əsəd rejiminin törətdiyi vəhşiliklərin miqyası yalnız bütün eksqumasiya işləri başa çatdıqdan sonra bəlli olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 893 Tarix: 05 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Laos münasibətlərində yeni impuls
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı
11:51 173 İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi
"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək
13:51 181 Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?
Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli
14:54 186 "Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
10:26 159 Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün
10:55 159 TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"
İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə
17:14 123 Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri
"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind
14:25 193 Dost münasibətlər iqtisadi imkanlara yol açır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü
12:00 178 Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş
Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini
10:09 218