Mehriban Əliyeva ilə qızlarına "Qurani-Kərim" hədiyyə olundu - Fotolar
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.
"Qafqazinfo" xəbər verir ki, məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verdi.
Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.
Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır.
Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.
Bildirildi ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verildi.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya "Qurani-Kərim" hədiyyə olundu.
Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.
Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verildi.
Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1069 Tarix: 06 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFatimə polisə şikayət etdi
Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə onu təhqir edən şəxs barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı instaqram hesabında yazıb. O bildirib ki, naməlum şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan, təhqiredici paylaşımlar edilir. Fatimə qeyd edi
22.07.2026 212 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
Sumqayıtda fəaliyyət göstərən bir özəl tibb müəssisəsi sertifikasiyası olmayan həkimi işə cəlb etdiyi üçün cərimə olunub. Həmin həkim barəsində də müvafiq tədbirlər görülüb. xəbər verir ki, söhbət şəhərdə yerləşən "Cahangir-2020 Lor Center" MMC-dən gedir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyini
22.07.2026 204 "Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib. İki gün davam edən yarışda paytaxt və regionlard
22.07.2026 184 Tarif Şurasından yeni QƏRAR: Sabahdan qüvvəyə minir
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib. İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranı
22.07.2026 267 Arzumun azadlıqda ilk - Görüntüləri
Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bloqer artıq məhkəmə binasını sərbəst tərk edib. Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, hakim Elnur Nuriye
22.07.2026 479 Şirkətlər "Expressbank"dan pullarını geri çəkdi
Bu ilin ikinci rübündə hüquqi şəxslərin "Expressbank" ASC-dəki depozitlərinin həcmi 43 milyon 24 min manat təşkil edib. bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, ötən ilin sonun ilə müqayisədə 16,8% azdır. Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 51,68
22.07.2026 230 İsrail ABŞ-İran münaqişəsinə qoşula bilər - Hazırlıqlar başladığı bildirilir
İsrailin ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmaya qoşulma ehtimalının artdığı bildirilir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail rəhbərliyi mümkün eskalasiya ssenarilərini nəzərdən keçirir və ordunun müxtəlif əməliyyat planları üzərində işlədiyi qeyd olunur. Mənbələrə görə, Vaşinqtonu
22.07.2026 217 CENTCOM: ABŞ İranda yeni hərbi əməliyyat mərhələsini başa çatdırıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hava əməliyyatının yekunlaşdığını açıqlayıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ABŞ qüvvələri ardıcıl 11-ci gecə İrandakı hərbi hədəflərə zərbələr endirib
22.07.2026 179 Yaltada yaşayış binasına PUA düşdü - Yaralıların sayı 17-yə çatdı
Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi nəticəsində azı 17 nəfər xəsarət alıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbərliyinin müşaviri Oleq Kryuçkovun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Bildirili
22.07.2026 193