"İğdır-Naxçıvan qaz xəttiİranla münasibətlərimizə mənfi təsir edəcək nüansa malik deyil" - Bəhruz Məhərrəmov
İğdır-Naxçıvan qaz xəttinin açılışı olub. Naxçıvana qazın İrandan gəldiyini nəzərə alsaq,İğdır-Naxçıvan qaz xətti İran-Azərbaycan münasbətlərinə mənfi təsir edə bilərmi?
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, layihə İranla münasibətlərimizə hər hansı formada mənfi təsir edəcək nüansa malik deyil. Əksinə biz İranla da, digər qonşularımızla da əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq:
"Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi müəyyən edib. O cümlədən biz başqa dövlətlərlə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qururuq. Biz suveren dövlət olaraq addımlarımızı müstəqil formada müəyyən edirik, heç bir addımımız heç bir beynəlxalq subyektə qarşı yönəlməyib. O cümlədən də İğdır-Naxçıvan qaz kəmərinin açılışı da ilk növbədə məhz bu prizmadan qiymətləndirilməlidir.
Layihə çoxməqsədlidir, daha konkret desək, daha konkret desək, Naxçıvan və İğdır əhalisinin rifahına xidmət etməklə yanaşı həm də Naxçıvanın qaz təchizatını şaxələndirməyə imkan verəcək. Bir bazardan, yaxud bir mənbədən asılı qalmamaq, alternativlərə sahib olmaq bu gün hər bir beynəlxalq subyektin prioritetidir. Lakin, təbii ki, hazırkı mürəkkəb dövrdə buna nail olmaq asan məsələ deyil. Lakin Prezident İlham Əliyev artıq dəfələrlə sübut edib ki, bu məsələdə təşəbbüsləri ələ ala bilmişik və o cümlədən Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi də buna sübutdur.
Qeyd edilənləri nəzərə alaraq birmənalı şəkildə deyə bilirik ki, biz öhdəliklərimizə hörmətlə yanaşaraq suveren hüquqlarımızı realizə etmişik və layihə İranla münasibətlərimizə hər hansı formada mənfi təsir edəcək nüansa malik deyil. Əksinə biz İranla da, digər qonşularımızla da əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq.
İğdır-Naxçıvan qaz kəmərinin perspektivinə gəlincə, mərasimdə nazir Şahbazovun da bildirdiyi kimi, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1058 Tarix: 07 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-Səudiyyə Ərəbistanı nüvə sazişi: Yaxın Şərqdə nələr dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, razılaşma Səudiyyə Ərəbistanına ABŞ şirkətlərinin dəstəyi ilə nüvə energetikası proqramını inkişaf etdirmək imkanı yaradır. Bununl
22.07.2026 220 Hindistanda tuneldə faciə: Ölənlərin sayı 20-yə yüksəldi
Hindistanın şimal-şərqində inşa olunan tuneldə metan qazının sızması nəticəsində baş verən güclü partlayışın qurbanlarının sayı artıb. BİG.AZ DW-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyi təsdiqlənib. Daha 5 nəfərin isə tuneldə köməksiz vəziyyətdə qaldığı bildirilir
22.07.2026 201 Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)
Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad
22.07.2026 133 ABŞ Səudiyyə Ərəbistanının nüvə proqramına dəstək verəcək - Tramp razılaşmanı təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının dinc məqsədli nüvə proqramına dəstək göstərilməsini nəzərdə tutan yeni sazişi təsdiqləyib. Məlumata görə, 30 il müddətini əhatə edən razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun qurulmasına on milyardlarla dollar həcmində investisiy
22.07.2026 164 "Lazeroloq üzümü yandırıb..." - Foto
"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze
22.07.2026 253 Arzumun azadlıqda ilk - Görüntüləri
Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bloqer artıq məhkəmə binasını sərbəst tərk edib. Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, hakim Elnur Nuriye
22.07.2026 479 Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Yunanıstanda davam edən isti hava dalğası səbəbindən açıq havada görülən işlərə məhdudiyyət qoyulub. xarici mətbuata istinadən xəbər verir ki, Əmək və Sosial Təminat Nazirliyinin açıqlamasına görə, ölkənin bir sıra bölgələrində, o cümlədən paytaxt Afinanın yerləşdiyi Attiki ərazisində saat 13:00-da
22.07.2026 156 Rubio: İranın Hörmüz boğazı ilə bağlı addımları təhlükəli presedent yarada bilər
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarət etmək və gəmilərdən keçid haqqı tələb etməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, o, beynəlxalq mediaya açıqlamasında deyib ki, hər hansı ölkənin strateji dəniz marşrutuna nəzarə
22.07.2026 210 Arzum ev dustaqlığına buraxıldı
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. "Report"un məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsind
22.07.2026 503