Məşq zamanı istifadə edilən qida əlavələri zərərlidirmi?-EKSPERTDƏN AÇIQLAMA

Məşq zamanı istifadə edilən qida əlavələri zərərlidirmi?-EKSPERTDƏN AÇIQLAMAAzərbaycanda hər kəsdə, hətta idmandan uzaq olan insanda, idman qidaları haqqında fikir formalaşıb. Təəssüf ki, bu fikirlər çox vaxt şaiyələrə, dezinformasiyaya və ya reklam məqalələrinə əsaslanır. Diqqətli araşdırmalara və çox saylı təkziblərə baxmayaraq, idman əlavələri haqqında müxtəlif uydurmalara inam həddindən artıq böyükdür.

Bəs, məşq zamanı istifadə edilən qida əlavələri zərərlidirmi?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, məşq zamanı istifadə edilən qida əlavələri, məsələn, protein tozları, kreatin və digər məhsullar idmançılar və fitness həvəskarları arasında çox geniş yayılıb. Bu əlavələrin zərərli olub-olmaması bir çox faktordan asılıdır. Xüsusilə istifadə miqdarı, keyfiyyəti, şəxsin sağlamlıq vəziyyəti və əlavələrin tərkibi vacibdir:

Məşq zamanı istifadə edilən qida əlavələri zərərlidirmi?-EKSPERTDƏN AÇIQLAMA"Qida əlavələri əsasən pəhrizdəki boşluqları doldurmaq və məşq performansını artırmaq üçün istifadə olunur. Məsələn, protein tozu əzələ bərpası üçün vacib olan zülalı təmin edir, kreatin isə güc və dözümlülüyü artırır. Bunlar düzgün istifadə edildikdə, elmi araşdırmalara görə, zərərsiz və hətta faydalı ola bilər. Ancaq burada əsas məqam düzgün istifadədir. Hər şeyin çoxu zərərlidir. Məsələn, protein tozunu həddindən artıq qəbul etmək böyrəklərə və qaraciyərə yük yarada bilər. Gündəlik tövsiyə olunan protein miqdarını aşmaq sağlam insanlarda adətən problem yaratmır, amma əvvəlcədən böyrək xəstəliyi olanlarda risk arta bilər. Bəzi əlavələr saxta və ya tərkibində qadağan olunmuş maddələr (məsələn, steroiddər) ola bilər. Məşq öncəsi əlavələrdə çoxlu kofein və ya digər stimulyatorlar olur. Bu, ürək döyüntüsünü artıra, yuxusuzluğa və ya narahatlığa səbəb ola bilər. Həddindən artıq dozada qəbul edildikdə isə daha ciddi problemlər (məsələn, ürək ritminin pozulması) yarana bilər.
Araşdırmalar göstərir ki, məşhur qida əlavələri düzgün dozada qəbul edildikdə zərərsizdir.
Hər kəsin orqanizmi fərqlidir. Qaraciyər və ya böyrək problemi olanlar həkimlə məsləhətləşmədən əlavələrə başlamamalıdır. Hamilə qadınlar, yeniyetmələr və ya xroniki xəstəlikləri olanlar da risk qrupundadır.
Qida əlavələri olmadan da məşq effektini artırmaq mümkündür. Protein üçün toyuq, balıq, yumurta, enerji üçün banan, yulaf kimi qidalar faydalıdır. Əlavələr sadəcə rahatlıq və sürət təmin edir, amma zəruri deyil."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 10 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13.10.2026 304
.

Ordumuzun ilk qadın snayperi vəfat etdi

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub

10:06 177
.

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək

13:51 133
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 151
.

Məktəbli forması ətrafında kampaniya: Təhsil, milli dəyərlər və Azərbaycanın mövqeyi

"Vahid məktəbli forması ətrafında aparılan müzakirələr artıq təkcə təhsil və geyim məsələsi deyil. Bu mövzu məktəblərdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, dünyəvi təhsil prinsipləri və Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləri kontekstində də müzakirə olunur. Yeni Azərbaycan Partiyasını

11:11 166
.

Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

11:52 261
.

Ankaradan gələn "fərmana" Bakıdan cavab: Kimsə sultan deyil!

"Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirərək "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır" deyib. Oktay Saral sıradan bir şəxs deyil. Onun Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsində təmsil olunmas

11:27 235
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 146
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

12:39 236
.