ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
Bu gün Mingəçevir Gənclər Evində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyanın yaratdığı AzeArt.az saytının təqdimatı keçirildi. Sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılıb. Tədbirdə QHT, media nümayəndələri, mədəniyyət idarələrinin əməkdaşları, Mingəçevir Dövlət Unjversitetinin müəllim-tələbə heyəti və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib: ""AzeArt" interaktiv məlumat mərkəzinin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir. Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə xarici turistlər üçün də cəlbedici olacaqdır. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətərinə uyğundur. Layihəmizi dəstəklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik"
Sonra Mingəçevir Şəhər İcra Hakimiyətinin rəsmisi Tafyel Şükürov çıxış edərək ŞİH başmısı İlham İsmayılovun salamlarənı tədbir iştirakçılarına çatdırdı. T.Şükürov bu kimi layihələrin Mingəçevirdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını dedi.
Daha sonra tanınmış telejurnalist İnqilab Şirinli çıxış edərək layihənin əhəmiyyətindən danışdı. İ.Şirinli bu kimi innovativ layihələrin ölkəmizin tanıdılmasında böyük əhəmiyyət daşıdığını dedi: "Mən, eyni zamanda, təklif edirəm ki, bu saytda Qərbi Azərbaycan, Güney Azərbaycan, Zəngəzur bölmələri də açılsın, ordakı abidələrimiz də bu innovativ kataloqa əlavə edilsin"
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva isə çıxışında bu kimi həllərin gənclər üçün çox vacib olduğunu dedi: "Bu saytı dərindən incələdim, çox xoşuma gəldi. Unutduğum və ya bilmədiyim abidələri bu saytda gördüm. Təkliflərim var, hesab edirəm ki, saytda fotoqalereya olsa çox gözəl olar. Həmçinin, bəzi yazılarda şriftlər böyük, bəzilərində balacadır, xırda nüanslardır, ancaq düzəlsə yaxşı olar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 11 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar
"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını
11:43 148 Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə
10:39 150 QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri
Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir
14:12 105 Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?
Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli
14:54 30 ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13.10.2026 316 Azərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
12:36 139 Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13.10.2026 261 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir
"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum
11:40 161 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 146