Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
Sumqayıtda film kimi cinayət hadisəsi olub.
BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Məlumata əsasən, Ə. Z. satış məqsədi olmadan naməlum mənbədən heroin əldə edərək özündə saxlayıb. O, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən binalardan birinin qarşısında saxlanılıb və həmin narkotik şalvarının cibində aşkar olunaraq götürülüb.
Bundan başqa, Ə. Z. naməlum şəxsdən "Makarov" markalı tapança, ona aid 1 ədəd daraq və 176 ədəd patron əldə edərək, qardaşının işlədiyi taxta emalatxanasının gözətçi otağında gizlədib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində odlu silah həmin gözətçi otağında aşkar olunub və müsadirə edilib.
Təqsirləndirilən şəxs özündə narkotik vasitə və silah olması barədə məlumatı S. K.-nin polisə xəbər verdiyini düşünüb. Bunun üçün o, S. K.-ni görüşmək adı ilə çağıraraq, avtomobilə əyləşdirib və dostlarının Corat qəsəbəsindəki evinə aparıb. Burada ev sahibi olan dostuna S. K. ilə təkbətək söhbət etməli olduğunu və bunun üçün də onları tək qoymasını istəyib. Ev sahibi gedəndən sonra aralarında polisə şikayət məsələsi üstündə münaqişə baş verib. Münaqişə zamanı Ə. Z. mətbəxdən silah qismində qayçı götürüb. Qayçı ilə S.K.-nın boynuna, başının müxtəlif hissələrinə, əlinə, dizinə və hər iki qulağına kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Səs salmaması üçün zərərçəkənin əlini və ayaqlarını iplə, ağzını isə əski parçası ilə bağlayıb.
Ev sahibi qayıdanda isə ona 10-15 dəqiqəlik işi olduğunu və yenidən qayıdacağını deyib. Lakin sonradan evə qayıtmayıb.
Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə. Z. saxlanılıb və barəsində cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin hökmü ilə Ə.Z. 6 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1306 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13.10.2026 302 Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec
13:06 119 "Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql
10:35 195 Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin
11:58 159 Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları
13.10.2026 229 Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu
10:34 136 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 123 "Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko
"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd
13.10.2026 260 Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün
10:55 149