"Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər"-Turan Rzayev

"Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər"-Turan RzayevŞimali Makedoniya Prezidentinin Azərbaycana səfəri diqqət çəkir. İki ölkə arasında münasibətlərin tarixi qədim olmasa da, son illərdə ortaq maraqların formalaşdığını demək olar. Xüsusilə Azərbaycanın Avropa enerji bazarında çəkisinin artması, keyfiyyətli, ucuz qaz nəql etməsi və meqalayihələr icra etməsi Şimali Makedoniyanın ölkəmizə marağını artırıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, martın 11-də Prezident İlham Əliyev və Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış edərkən bu məsələyə toxunub. Ölkə başçısı deyib ki, "Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir".
"On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir", – Prezident deyib:

"Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər"-Turan Rzayev"Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycan qazı 2024-cü ilin sonlarından Şimali Makedoniyanın bazarına çatdırılır. Bu il enerji əməkdaşlığının daha da dərinləşməsi hədəflənir. Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Şimali Makedoniya və Yunanıstana qaz nəqlinin artırılması, habelə Serbiyaya "mavi yanacaq" təchizatını təmin etmək üçün işlər görülür.
Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər. Bu baş verərsə, 2030-cu ilə qədər kömürlə işləyən mövcud istilik elektrik stansiyaları istismardan çıxarılacaq.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirir. Bununla da regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu, Şimali Makedoniya daxil olmaqla tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanları deməkdir.
Azərbaycan və Şimali Makedoniyanı bir-birinə yaxınlaşdıran digər səbəb də geosiyasi faktorlardır. Şimali Makedoniya Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin geosiyasi arenada gətirdiyi uğurları yaxşı izləyir. Və bu prosesin bir parçası olmaq istəyir. Məsələn, Qordana Silyanovska-Davkova çıxışı zamanı deyib ki, XXI əsrdə yenidən dünya nizamı ilə bağlı fərziyyələrin irəli sürülməsi insanı sarsıdır.
"Ukrayna da daxil olmaqla, bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik" – xanım prezident qeyd edib.
Aydın məsələdir ki, geosiyasi rəqabətin artdığı bir zamanda nisbətən kiçik ölkələr öz gələcəklərini düşünməlidir. Şimali Makedoniya bu baxımdan Bakı-Ankara ittifaqına yaxınlaşır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 806   Tarix: 13 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl

10:26 152
.

Bakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar

"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını

11:43 139
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13.10.2026 302
.

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək

13:51 1
.

Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu

10:34 136
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 137
.

Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?

Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları

13.10.2026 229
.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

13.10.2026 314
.

Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

11:52 221
.