POS-terminalların quraşdırılması bu obyektlər üçün məcburidir - Dövlət Vergi Xidməti AÇIQLADI

POS-terminalların quraşdırılması bu obyektlər üçün məcburidir - Dövlət Vergi Xidməti AÇIQLADISon günlər sosial şəbəkə platformalarında şadlıq evlərində POS-terminalların quraşdırılmaması və ödəniş zamanı qəbz təqdim edilməməsi ilə bağlı narazı fikirlər səsləndirilir. İstifadəçilər eyni halın gözəllik salonları, mehmanxanalar və digər xidmət obyektlərində də müşahidə olunduğunu bildirirlər. Bu isə sual doğurur: hansı obyektlərdə POS-terminal quraşdırılması və müştəriyə qəbz təqdim edilməsi məcburidir?

Oxu.Az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.

Xidmətdən bildirilib ki, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, bir sıra təsərrüfat subyektləri üçün POS-terminalların quraşdırılması məcburi hesab olunur:

"Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən, bu obyektlərə ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə məkanları, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, nəqliyyatda (hava, su, dəmir yolu və avtomobil) biletlərin satış məntəqələri, turizm şirkətləri daxildir".

Qurumdan, həmçinin bildirilib ki, rüb üzrə ortaaylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin təsərrüfat subyektləri, hüquqi və fiziki şəxslərə məxsus taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri, eləcə də vergilərin və digər dövlət rüsumlarının ödənişini qəbul edən dövlət orqanları da siyahıya daxil edilib.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılmaması və ya quraşdırılmış terminallarda nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

"Təqvim ili ərzində ilk pozuntu halında - 1 000 manat, ikinci dəfə - 3 000 manat, üç və daha çox pozuntu halında isə - 6 000 manat cərimə nəzərdə tutulub".

"Dövlət Vergi Xidməti sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1060   Tarix: 19 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən BİG.AZ-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ d

10:27 140
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

12:46 81
.

Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort

12.10.2026 239
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 50
.

Məktəbli forması ətrafında İran təbliğatı: Məqsəd nədir?

Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərinə sadiq qalmaqla dünyəvi dövlət modelini seçdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ölkəmizdə dini müxtəlifliyin, tolerantlığın və birgəyaşayışın qorunmasına xidmət edir. Bu baxımdan

10:58 138
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 148
.

Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan v

11:42 113
.

Quraq torpaqlar çiçək xalısına çevrildi

Uzun müddət quraq görünən ərazilər güclü yağışlardan sonra rəngarəng çiçəklərlə örtülüb. Təbiətdə baş verən bu dəyişiklik peyk görüntülərində də qeydə alınıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın quraq daxili bölgələrində qeyri-adi dərəcədə yağıntılı hava şəraitindən sonra çö

11:02 141
.

Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!

I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu

12.10.2026 395
.