"Əcnəbilər cərimə sanksiyasına məruz qaldıqda müxtəlif bəhanələr gətirirlər" - Azər Allahverənov
Azərbaycan ərazisində 15 gündən çox qalan turistlər Miqrasiya Xidmətində qeydiyyatdan keçmədikdə cərimə olunurlar. Lakin bəzən turistlər bu haqda məlumatsız olurlar və bu barədə onlara məlumat verilmədiyini deyirlər.
Milli Məclisin deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov BiG.AZ-a bildirib ki əcnəbilərlə bilavasitə işləyən tur şirkətləri, mehmanxana, təhsil müəssisələri, onların sənədləşmə işləri ilə məşğul olan tərəflər bu məlumata malikdirlər."Mənə heç kim deməyib" mövqeyi sərgiləyənlər səmimi deyil:
"Ölkə ərazisinə daxil olan əcnəbilər 15 gündən artıq qalmaq niyyətindədirlərsə, bir qayda olaraq qeydiyyata alınmalıdırlar. Onlar mehmanxanada qalırsa, strukturun müvafiq bölmələri qeydiyyat prosesi həyata keçirirlər. Fərdi qaydada haradasa qalırlarsa, Asan Xidmət üzərindən müraciət etməlidirlər. Təcrübə göstərir ki, ölkəyə daxil olan əcnəbilərə bu barədə məlumat verilir. Sərhəd keçid buraxılış məntəqləri verbal olaraq, bəzən də yazılı şəkildə məlumat verilir ki, hansı addımlar atmalıdırlar. Dövlət Miqrasiya Xidmətinin idarə etdiyi miq.az tətbiqi var. Ölkə ərazisinə daxil olan əcnəbilərin mobil telefonlarına bildiriş gəlir. Onlar MigAz tətbiqini yükləyə bilərlər. Orada da bir neçə dildə təlimatlar verilir. Əcnəbi 15 gündən artıq qeydiyyatsız qalırsa, miqrasiya qaydalarını pozmuş olur və cərimələnir. Məlumat öncədən təbii ki, verilir. MigAz tətbiqindən də bu barədə məlumat ala bilərlər. Turizm xidmətləri göstərən şirkətlər ölkə qanunları barədə məlumat verirlər. Həmçinin qaldıqları hoteldə də əməkdaşlar var və əcnəbilərə təqdim edirlər. Bəzi əcnəbilər səhlənkar yanaşa bilər, bəziləri xəbərsiz olduğunu əsas gətirə bilər. Bütün bunlar bəhanə kimi görsənir. Bizim miqrasiya qaydalarımız müxtəlif kanallar vasitəsilə təqdim olunur.Onlar əlçatan kanallardır. Həmçinin sosial şəbəkələrdə audiovizual materiallar çatdırılır. "Mənə heç kim deməyib" mövqeyi sərgiləyənlər səmimi deyil. Çünki informasiyanın çatdırılmasında müxtəlif yollar var. Dövlət Miqrasiya Xidməti və onunla əməkdaşlıq edən qurumlar, qeyri-hökumət vasitələri bu informasiyanı yayırlar. Onlarla bilavasitə işləyən tur şirkətləri, mehmanxana, təhsil müəssisələri, onların sənədləşmə işləri ilə məşğul olan tərəflər bu məlumata malikdirlər. İnformasiyanın müxtəlif kanallar vasitəsilə çatdırılmasından əminəm. Biz özümüz də zaman-zaman bu tipli fəaliyyətlər həyata keçiririk. Onu da bilirik ki, əcnəbilər inzibati xəta törətdikdə və bunun üçün cərimə sanksiyasına məruz qaldıqda müxtəlif bəhanələr gətirirlər. Xüsusilə söhbət turistdən gedirsə, mütləq miqrasiya qanunları ilə bağlı informasiya əldə etməlidirlər. Biz hər hansı ölkəyə getdikdə oranın miqrasiya qaydaları ilə tanış oluruq. Miqrasiya qaydaları bəzi ölkələrdə tez-tez dəyişir. Bu gün getdiyimiz ölkəyə 3 ay sonra getdikdə qaydalar dəyişir. Məsələn, bizə qonşu olan Rusiya Federasiyasında miqrasiya qaydalarına yeni dəyişiklik tətbiq olunur. Bu dəyişikliklər maraqlanan tək miqrantlarla işləyən qurumlar yox, miqrantlar özü olmalıdır. Eynilə Azərbaycana gələn miqrant qruplar bu prosesi xüsusi nəzarətdə saxlamalıdırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 941 Tarix: 21 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTualet kağızını necə asmaq lazımdır?
Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf
12.10.2026 292 Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun
12.10.2026 333 Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA
Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib
11:31 30 Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
12.10.2026 257 Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq
Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya
11:08 77 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12.10.2026 787 DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12.10.2026 360 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12.10.2026 364 Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:13 64