Yarım milyon manatlıq dələduzluq ittihamı: "İlin ən uğurlu iş xanımı"nın məhkəməsi davam edir
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda fəaliyyət göstərmiş "Moon Kids" uşaq bağçasının direktoru Həvvaxanım Rüstəmovanın məhkəməsi davam edir.
Qaynarinfo xəbər verir ki, bu prosesə hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik edir.
Həvvaxanım Rüstəmovaya qarşı irəli sürülmüş ittihama görə o, ayrı-ayrı adamları işə düzəltmək, pensiya düzəltmək adı altında aldadıb. Əvvəlcə həbs olunsa da, ibtidai istintaq zamanı ev dustaqlığına buraxılıb.
Dəyən zərərin ümumi məbləği 500 min manata yaxındır. Zərərçəkənlərin sayı isə 132 nəfərdir. Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş qismində tanınıb. Aprelin 21-də keçirilən məhkəmə iclasında həmin qurumun nümayəndəsi mülki iddia təqdim edib. Məlum olub ki, Fond təqsirləndirilən şəxsə qarşı 32 min manatlıq mülki iddia qaldırıb. Fondun nümayəndəsi iddianı belə əsaslandırıb ki, Həvvaxanım Rüstəmova 92 nəfəri əmək müqaviləsi olmadan işə götürüb və Məcburi Dövlət Sığorta haqqı ödənilməyib. Buna görə də DSMF-yə 32 min manat civarında zərər dəyib. Həvvıxanım Rüstəmova iddia ilə razılaşmadığını deyib. Məhkəmə isə mülki iddianı icraata götürüb.
Bu iş üzrə zərərçəkən kimi tanınanlardan biri də Zərifə Osmanovadır. O, məhkəmə ifadəsində göstərib ki, Həvvaxanım Rüstəmova ilə bir müddət əvvəl özünə iş axtararkən internetdə qarşısına çıxan "iş var" tipli elanlar üzərindən tanış olub. Həvvaxanım Rüstəmova rəhbəri olduğu uşaq baxçasında işə düzəlməyin prosedurundan danışıb:
"Dedi, əvvəlcə bir müddət təcrübə keçməlisən. Bacım da iş axtarırdı. Biz ikimiz də o baxçada işə düəzlmək üçün hərəmiz 4 min manat vermişdik. Neftçilər filialında bir ay təcrübə keçəndən sonra Qara Qarayev filialında işə başladım. Baxdım ki, müəllimələrin sayı uşaqlardan çoxdur. Üstəlik, vəd etdikləri 600 manat maaşı da vermədilər. Bir neçə dəfə tələb etsəm də, gördüm ki, əmək müqaviləsi bağlamaq istəmirlər. Əmək müqaviləsi və mənə vəd olunan maaşı tələb edəndə mənə dedi ki, rədd ol. Beləcə, məni baxçadan qovdu. Mən və bacım polisə şikayət etdik. Şikayətdən sonra pulumdan 3 min manat qaytarılıb, qalan min manatı tələb edirəm".
Zərərçəkmiş məhkəmənin, dövlət ittihamçısının və vəkilin suallarını cavablandırdırıb.
Ötən məhkəmə iclaslazrında Həvvaxanım Rüstəmova dəymiş zərərin çox hissəsini ödədiyini və özünü təqsirli bilmədiyini deyib: "Bu müəssisəni yaradanda niyyətim dələduzluq etmək olmayıb, iş qurmaq istəyirdim".
Həvvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb. Həbs olunduqdan sonra direktoru olduğu "Moon Kids" Uşaq Bağçasının fəaliyyəti dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1667 Tarix: 21 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTualet kağızını necə asmaq lazımdır?
Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf
12.10.2026 292 Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun
12.10.2026 333 Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA
Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib
11:31 30 Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
12.10.2026 257 Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq
Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya
11:08 77 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12.10.2026 787 DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12.10.2026 360 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12.10.2026 364 Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:13 64