Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törətdi - Sürücü sərxoş olub?
Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları qəzaya düşüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "TV3LT" məlumat yayıb.
Məlumata görə, "VW Passat" markalı diplomatik avtomobil Vilnüs sakininə məxsus avtomobilə çırpılıb.
Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq "VW Polo" markalı maşınla toqquşub.
Onun sürücüsü qeyd edib ki, səfirlik əməkdaşları ondan polisə zəng etməməyini xahiş ediblər, lakin o buna əhəmiyyət verməyib və polisə qəza barədə məlumat verib.
Şahidlərin sözlərinə görə, diplomatik avtomobildə biri qadın olmaqla 4 nəfər olub.
Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkoltest zamanı 1.4 promille spirt çıxdığı qeyd edilib.
Litva qanunlarına görə, qəza ağır nəticələrə səbəb olmayıbsa, sürücü bu halda inzibati məsuliyyətə cəlb olunur.
Bunun ardınca isə həmin şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib.
Qeyd edilib ki, o, diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb.
Şəhər polisi bildirib ki, hələ də "VW Passat"ı kimin idarə etdiyini müəyyənləşdirə bilməyib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1000 Tarix: 21 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir
"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar
17.07.2026 266 Vüsalə "İncə səhər"dən getdi
Aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişindən gedir. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramın mövsüm finalında deyib. O bildirib ki, artıq səhər efirində görünmək istəmir:. "Növbəti mövsüm səhər efirində olmayacağam. Dəfələrlə demişəm, səhhətimlə bağlı səhər durub işə gəlmə
17.07.2026 562 Britaniyaya o rəhbərlik edəcək
Böyük Britaniyada hakim Leyboristlər Partiyasının yeni lideri müəyyənləşib. xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Mançesterin sabiq meri və İcmalar Palatasının deputatı Endi Börnhem Leyboristlər Partiyasının sədri seçilib. Partiyanın xüsusi konfransında nəticələri Milli İcraiyyə Komitəsinin sədr
17.07.2026 245 Ərəb ölkələri Tehranın hücumlarını sərt şəkildə tənqid edir
Tramp administrasiyası bu həftə ardıcıl yeddi gün ərzində İrana qarşı ölümcül hücumları artırdıqdan sonra bir neçə ərəb ölkəsi Tehranın Yaxın Şərqdəki ABŞ müttəfiqlərinə qarşı genişmiqyaslı hücumlarını sərt tənqid edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İran ordusu cümə axşamı axşamından cümə günün
09:50 101 Səhv bank kartına pul göndərmisiniz? Belə hallarda nə etməli? - VƏKİLDƏN AÇIQLAMA
Rəqəmsal bankçılıq xidmətlərinin geniş yayılması pul köçürmələrini xeyli asanlaşdırsa da, diqqətsizlikdən qaynaqlanan səhvlərin sayı da artır. Bank kartının nömrəsini yanlış daxil etmək və ya oxşar adlara görə pulu səhv hesaba göndərmək istifadəçilərin ən çox üzləşdiyi problemlərdən biridir. Belə hallard
17.07.2026 376 Rusiyada YDM-lər kütləvi şəkildə satışa çıxarıldı - Siyahıda "Qazprom" da var
Rusiyada son bir ay ərzində onlayn ticarət platformalarında və şirkətlərin rəsmi saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan yerləşdirilib. "AzPolitika" xəbər verir ki, satışa çıxarılan obyektlər arasında həm müstəqil YDM-lər, həm də "Qazprom"
17.07.2026 268 Trampın paylaşımlarına sürətli giriş pullu olur
ABŞ Prezidenti Donald Trampın təsis etdiyi "Truth Social" platforması maliyyə bazarlarında fəaliyyət göstərən şirkətlər üçün ödənişli məlumat xidməti təqdim etməyə hazırlaşır. "Yeni Sabah" xəbər verir ki, yeni xidmət sayəsində bazarlara təsir edə biləcək paylaşımlar institusiona
17.07.2026 219 Onların cəbhədəki ömrü yarım saatdan çox çəkmir - ABŞ kəşfiyyatının şefi açıqladı
Ukrayna qüvvələrinin süni intellektlə təchiz olunmuş hücum dronlarından kütləvi istifadə etməsi səbəbindən Ukraynadakı döyüş meydanında yeni rus əsgərinin orta ömrü 20-30 dəqiqədir. "AzPolitika" xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilə
17.07.2026 229 Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu?
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərin
17.07.2026 290