"Bakcell" "Ən uğurlu rebrendinq layihəsi" mükafatı ilə təltif olundu

"Bakcell" "Ən uğurlu rebrendinq layihəsi" mükafatı ilə təltif olunduİnnovasiya və sürət lideri "Bakcell" "Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" çərçivəsində "Ən uğurlu rebrendinq layihəsi" üzrə mükafata layiq görülüb. Bu nominasiyada brendin strateji mövqeyi ilə vizual təqdimatı arasında ardıcıl və güclü əlaqə qurmaq bacarığı qiymətləndirilir. "Bakcell" yeni brend kimliyi vasitəsilə innovativ yanaşmasını və inkişaf strategiyasını uğurla nümayiş etdirib.

"Bakcell"in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanı aparılan strateji və vizual yeniliklər bu mükafata layiq görülməsində mühüm rol oynayıb. Xatırladaq ki, şirkətin yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi ilə "Bakcell"in insanları, məkanları və dəyərləri birləşdirən fəlsəfəsini, həmçinin rəqəmsal gələcəyə doğru sürətlə irəliləyişini simvolizə edir.

Qeyd edək ki, 2–3 may tarixlərində Azərbaycanda keçirilən "Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" yaradıcı sənayenin inkişafına dəstək məqsədi daşıyaraq, yerli və xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibarlı kişilər - Onları üzündən tanımaq olur

Alimlər müəyyən ediblər ki, insanlar kişinin ailəsini və uşaqlarını nə dərəcədə qoruya biləcəyini onun üz cizgilərinə baxaraq qiymətləndirə bilirlər. Xüsusilə geniş almacıq sümüklərinə malik kişilər ilk baxışdan daha güclü və etibarlı qoruyucu təsiri bağışlayırlar. xarici mediaya istinadən xəbər veri

12.10.2026 196
.

Madyar gələn həftə Zelenski ilə görüşəcək

Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə

12.10.2026 159
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12.10.2026 261
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12.10.2026 167
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

12.10.2026 238
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

12.10.2026 242
.

Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə

Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda

12.10.2026 149
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

12.10.2026 243
.

İordaniyaya getmək istəyənlərin nəzərinə!

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb

12.10.2026 196
.