"Porsche"ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...

"Porsche"ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...Xəbər verdiyimiz kimi, Bakıda "Porsche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, Nəsimi rayonu ərazisində avtoxuliqanlıq edən 1991-ci ildə Ağdam rayonunda doğulmuş Cəmilə Hüseynovanın (şərti) ifadəsi məlum olub.

O, izahatında göstərib ki, hadisə günü "Port Baku"da yeyib-içdikdən sonra ayıq sürücü sifariş verib. Lakin L.B. adlı ayıq sürücü onu özünə "Porsche" markalı avtomobillə dəniz vağzalının yanına kimi aparıb. Sonra qadın ayıq sürücünü avtomobildən düşürüb və "Porsche"ni özü idarə etməyə başlayıb.

Avtomobilini Nəsimi rayonu, Neftçilər prospektində yüksək sürətlə hərəkət etdirərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Lakin həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə öz hərəkətlərinin faktiki nəticəsini tam olaraq dərk etmədən xatırlamadığı hərəkətlər etdiyini deyib.

Cəmilə Hüseynova ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq etməsini həyat yoldaşı ilə aralarında yaranan problemlə bağlayıb. İki övladı olan qadın ailə problemləri olduğunu və həyat yoldaşı tərəfindən təzyiqə məruz qaldığını deyib. O, etdiyi hərəkətlərin səhv olduğunu anladığını bildirib və polis əməkdaşlarından üzr istəyib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1470   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

12:05 132
.

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günləri ilə əlaqədar 20-30 mart tarixlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i də

31.03.2026 334
.

İsrail ordusu yenidən Tehranı bombalayıb

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın bir neçə silah istehsalı obyektini bombalayıb. APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, hədəflər arasında ballistik raket başlıqları istehsalı müəssisəsi, "müasir silahlar" komponentləri üzrə tədqiqat və inkişaf mərkəzi

31.03.2026 462
.

İt əl çəkdi, motal əl çəkmədi

Rusiyanın "Avrasiya" təşkilatı davamlı olaraq Qarabağdan könüllü olaraq köçmüş ermənilərə humanitar yardım göndərməyə davam edir. xəbər verir ki, dünən daha 140 ton yardım onlara çatdırılıb. Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə bu yardımlara gərək olmadığını bəyan edib. Hətta bir qədə

31.03.2026 530
.

Trampın reytinqi xeyli aşağı düşüb - Yeni nəticə açıqlandı

ABŞ Prezidenti Donald Trampın reytinqi son dövrlərdə ciddi şəkildə aşağı düşüb. Xüsusilə onun İrana yönəlik siyasətinə ictimai dəstəyin zəiflədiyi müşahidə olunur. "The Hill" qəzetinin Massaçusets Universiteti tərəfindən keçirilən sorğuya istinadən yaydığı məlumata görə, respondentlərin cəm

31.03.2026 463
.

Kişi çatışmazlığı yaşanan ölkə qadınlarından türklərə ÇAĞIRIŞ

Litvalı qadınlar 40 yaşdan yuxarı türk kişilərə müraciət ediblər: "Burada kişi tapmaq çox çətindir, Litva sizin üçün mükəmməl yerdir. Biz yetkin kişiləri sevirik və Avropanın ən gözəl qızlarına sahibik". -ın xarici mediaya istinadən xəbərinə görə, bəzi Litvalı qadınların 40 yaş və yuxarı tür

31.03.2026 587
.

Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir

Yaxın günlər İranla hərbi münaqişədə həlledici olacaq. "Report"un məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset jurnalistlər üçün brifinqdə bildirib. "Biz öz şərtlərimizi müəyyən etdik. Yaxın günlər həlledici olacaq. İran bunu bilir", - o bəyan edib. Xatırladaq ki, AB

31.03.2026 451
.

Qızılın SON qiyməti

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 44,9 dollar artaraq 4 602,4 dollar təşkil edib. Bizim.Media xəbər verir ki, gümüş isə 1,93 dollar artaraq 72,5 dollara bərabər olub

31.03.2026 549
.

İtaliya dağlarında cəmi 1 avroya ev - Bu necə mümkündür?

Liquriya regionu təkcə dənizi ilə deyil, həm də gözəl dağ kəndləri ilə tanınır. Şimali İtaliyanın bu bölgəsi indi "1 avroya ev" layihəsi çərçivəsində iki yaşayış məntəqəsini - Pinyone və Triora kəndlərini satışa çıxarıb. Hər iki kənd zəngin tarixi keçmişi ilə seçilir. Qaynarinfo NLC portalın

31.03.2026 464
.

TOP MP3