"Erməni tərəfinin demarkasiyanın Alma-Ata sazişinə əsasən aparılmasında maraqlı olması problemin həllində qeyri- müəyyənlik yaradır"

"Erməni tərəfinin demarkasiyanın Alma-Ata sazişinə əsasən aparılmasında maraqlı olması problemin həllində qeyri- müəyyənlik yaradır"Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur.
"Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Alma-Ata Bəyannaməsi əsasında baş verəcək", - A.Simonyan bildirib.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, erməni tərəfi demarkasiyanın 1991-ci ilin Alma-Ata sazişinə əsasən aparılmasında maraqlıdır. Burada isə söhbət ümumi sərhədlərdən gedir. Bu, bəlli problemin həlli ətrafında qeyri- müəyyənlik də yaradır. Sərhədlərimiz bəlli təzyiqlər nəticəsində Sovet dönəmində ciddi dəyişikliklərə məruz qalıblar:

"Ermənistanla demarkasiya və delimitasiya Azərbaycanın irəli sürdüyü şərtlərə əsasən həyata keçirilir və keçən il Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndinin qaytarılması Azərbaycan tərəfinin qələbəsi kimi qəbul oluna bilər. Doğrudan da bir güllə atmadan belə Azərbaycana məxsus kəndlərin geri qaytrılması prezident İlham Əliyevin keçən il Şuşada yerli sakinlərlə görüşü zamanı qeyd etdiyi kimi Azərbaycan dövlətinin böyuk uğurudur.
Erməni tərəfi demarkasiyanın 1991-ci ilin Alma-Ata sazişinə əsasən aparılmasında maraqlıdır. Burada isə söhbət ümumi sərhədlərdən gedir. Bu, bəlli problemin həlli ətrafında qeyri- müəyyənlik də yaradır. Sərhədlərimiz bəlli təzyiqlər nəticəsində Sovet dönəmində ciddi dəyişikliklərə məruz qalıblar.Digər tərəfdən prosesi ləngidən Ermənistandakı barışmaz müxalifətin,habelə erməni katolik kilsəsinin Paşinyan iqtidarına təzyiqləridir. Onların ucbatından proseslər ləngiyir.Bu qüvvələr Paşinyanı təslimçi mövqe sərgiləməkdə ittiham edir. Demarkasiya sənədlərinin ratifikasiyası təqdirində onu istefaya göndərəcəkləri ilə hədələyirlər.Regionda geopolitik durumun qlobalistlərin xeyrinə olaraq dəyişməsində,Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlı olan beynəlxalq güclərin Paşinyana olan təsirləri tərəflər arasında demarkasiya ilə bağlı məsələlər ətrafında onların razılığa gəlməsini əngəlləyir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 964   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin və Pakistan ABŞ-la İrana çağırış etdi: Atəşkəsə əməl edin, dialoqu bərpa edin

Çin və Pakistan Yaxın Şərqdə gərginliyin yenidən artmaması üçün ABŞ və İrana atəşkəs rejiminə riayət etməyə və diplomatik danışıqları bərpa etməyə çağırış ediblər. Məlumata görə, Çinin xarici işlər naziri Van İ pakistanlı həmkarı İshaq Darla telefon danışığı zamanı tərəflərin üzərinə götürdükləri öhdəliklər

12:11 191
.

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. Bu barədə "Report" Özbəkistanın Milli Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssisə fəaliyyət göstərir. Onlardan 4 611-i birgə v

22:00 1
.

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu?

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərin

17:54 0
.

Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri GÖRÜŞƏCƏK

Azərbaycan və Rusiya arasında müntəzəm təmasların və mövcud əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini nəzərə alaraq, Baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub və cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçukun görüşünün keçirilməsi planlaşdırılır. xəbər verir ki, bunu xaric

20:45 1
.

ABŞ İranın dəniz nəzarət qülləsinə üçüncü dəfə hücum edib, dövlət mediası xəbər verir

İran dövlət mediasının məlumatına görə, ABŞ qüvvələri bu həftə İranın Çabahar şəhərindəki dəniz nəzarət qülləsinə üçüncü dəfə hücum edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, dövlət Fars News və IRIB-in məlumatına görə, hücum qülləyə raket zərbəsi endirilib. Qüllə əsasən dənizdə balıqçıların iştira

11:32 194
.

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli

12:59 167
.

II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı

II və II ixtisas qrupları üzrə 5 iyul 2026-cı ildə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçini

17:04 93
.

Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığında yenilik

Daşkənddə Azərbaycan-Özbəkistan əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. xəbər verir ki, iclasda iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

21:00 1
.

"Məqsəd mənim ağzımı yummaqdır" - Putinin keçmiş rəqibini Duma seçkisinə buraxmırlar

Rusiyanın Dolqoprudnı şəhər məhkəməsi prezidentliyə keçmiş namizəd Boris Nadejdini "ekstremist simvollar nümayiş etdirməkdə" günahkar bilib və ona 100 rubl cərimə kəsib. "AzPolitika" xəbər verir ki, bu barədə "Mediazona" xəbər yayıb. İnzibati Xətalar Məcəlləsinin 20.3-c

19:00 1
.

TOP MP3