Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"İstisnasız əksər insanlar həyatlarında bir dəfə də, olsa, küçədə pişikləri sığallayıb, bəziləri isə onlara evini açaraq uzunmüddətli dostluğa ilk addımı atıb. Lakin ev heyvanı saxlamaq sadəcə mərhəmət hissindən doğan qərar deyil, həm də böyük məsuliyyət və maliyyə imkanları tələb edən ciddi bir öhdəlikdir.

Lent.az-ın apardığı araşdırmalara əsasən, pişiklərin gündəlik tələbatlarını qarşılayan qidaların qiyməti 60-70 qəpikdən başlayaraq 70 manata qədər yüksəlir. Bu, yalnız qidalanma ilə də məhdudlaşmır. Zoo mağazalarda pişik üçün nəzərdə tutulan şampunlar 5-9 manat, oyuncaqlar 20-30 manat, qumlar 7-30 manat, çərəzlər 1-14 manat aralığında dəyişir. Əlavə olaraq, daraqlar 10-50 manat, plastik və metal daşıma qəfəsləri müvafiq olaraq 30-50 və 50-200 manat, yatacaqlar isə 50-300 manat arasında dəyişən qiymətlərlə satılır.

Vay o günə ki, sizin pişiyiniz xəstələnsin…

Müxtəlif heyvan klinikalarından əldə etdiyimiz məlumata görə, pişiklər üçün həkim qəbulu 20-40 manat, qan analizi 50 manat, ultrasəs müayinəsi 100 manat, exo kardioqramma ilə birlikdə 120 manat, biokimyəvi analizlər isə hər parametr üçün 15 manat təşkil edir. Rentgen müayinələri isə 40 manatdan başlayır.

"500 manatdan çox xərcləsəm də, hələ də pişiyim tam sağalmayıb"

Pişik sahiblənən və onun müalicəsi üçün ciddi maliyyə xərcləri ilə üzləşən şəxslərdən biri də Leyla Əliyevadır. O, Lent.az-a bildirib ki, pişiyi sahiblənəndə heyvanın qarın boşluğunda su yığılmışdı və o vaxtdan bəri bir çox tibbi prosedurlar həyata keçirilib:

"Ultrasəs müayinəsinə 100, exo kardioqrammaya 120, dörd müxtəlif analizə isə ümumilikdə 240 manat ödədim. Müxtəlif dərman preparatları da almışam. Bəziləri 7-15 manat arasında dəyişsə də, hazırda həkimin yazdığı reseptdəki dərmanlardan biri 100-140 manat aralığındadır. Hələ üstəlik pişiyin qarın boşluğundakı su üçün yenidən analiz verilməlidir. Fip infeksiyasının yoxlanılması üçün lazım olan analiz isə 50 manat təşkil edir. Artıq bu xərcləri qarşılamağa gücüm çatmır. Ona görə pişiyim üçün yardım istəyirəm".

L.Əliyeva onu da qeyd edib ki, onun evdə daha bir pişiyi də var:

"Digər pişiyim ağır xəstə olduğu üçün onu da sahiblənmək qərarı aldım. Hələ o zamanlar kiçik olsa da, bütün bədəni yara idi. Əlimdən gələni edib, onu sağlamlığına qovuşdurdum. Lakin indi onun sterilizə olunma vaxtıdır.

Həmin pişik üçün qısırlaşdırma əməliyyatı etdirməliyəm, çünki cütləşmə zamanında pişiklər evdə sakit dayana bilmir, miyoldayır, əsəbləşir, stress keçirirlər.

Bu əməliyyatın qiyməti isə, 50-80 manat aralığındadır.

Pişiyə yaxşı baxa biləcəyindən əmin olduğum şəxslər onu sahiblənə bilərlər",-deyə müsahibimiz qeyd edib.

Amma təsəlli verici haldır ki, ölkədə fəaliyyət göstərən İDEA Heyvanlara Qayğı Mərkəzi bu kimi hallarda yardım əli uzadır.

Mərkəzdən Lent.az-a bildirilib ki, onlara müraciət zamanı heyvanların ilkin vəziyyəti qiymətləndirilir:

"Əgər xəstəlik yüngüldürsə, müalicə üçün resept yazılaraq heyvan sahibinə təqdim olunur. Dərmanların qiymətləri də bu halda nisbətən münasib olur. Lakin ağır xəstəlik hallarında heyvan mərkəzin himayəsinə götürülür və müalicə prosesi mərkəzin öz vəsaiti hesabına aparılır. Heyvan tam sağaldıqdan sonra sahibi ilə əlaqə saxlanılaraq geri qaytarıla biləcəyi bildirilir.

Qeyd olunur ki, əgər heyvanın vəziyyəti ağırdırsa, sahibləri qeydiyyat mərkəzinə yaxınlaşaraq bu barədə məlumat verib, növbədənkənar qəbul ala bilərlər".

Göründüyü kimi pişik sahiblənmək təkcə mərhəmət hissi ilə deyil, eyni zamanda maddi imkanla da sıx bağlıdır. Balaca dostlarımız üçün komfortlu həyat yaratmaq, onların sağlamlığına qayğı göstərmək az qala bir uşağa qulluq etmək qədər məsuliyyət və vəsait tələb edir.

Bu səbəbdən, heyvan sahiblənmək qərarı verərkən, yalnız emosiyalara deyil, reallığa əsaslanmaq, heyvanın ehtiyaclarını uzunmüddətli qarşılaya biləcəyimizdən əmin olmaq lazımdır. Əks halda, "balaca dostlar" kimi sahibləndiyimiz canlıların sonu təkrar küçələr, acizlik və xəstəliklərlə dolu bir həyat ola bilər…


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 187
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

18:15 160
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 213
.

Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd

11:27 167
.

Bərabər məktəb mühiti uşaqlardan başlayır

"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə

11:40 219
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 184
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 215
.

Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço

14:41 185
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 188
.