"İlham Əliyevin "ŞƏT plyus" formatında Zirvə toplantısında iştirakı mühüm tarixi hadisədir" - Deputat

"İlham Əliyevin "ŞƏT plyus" formatında Zirvə toplantısında iştirakı mühüm tarixi hadisədir" - Deputat"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri və "ŞƏT plyus" formatında Zirvə toplantısında iştirakı ölkəmizin qlobal miqyasda artan siyasi və iqtisadi çəkisini bir daha göstərən mühüm tarixi hadisədir. Xüsusən ölkəmizin yaratdığı yeni reallıqlar fonunda ŞƏT kimi platformalarda ölkəmizin mövqeyinə xüsusi diqqətlə yanaşılması regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi baxımdan çox önəmlidir. Eyni zamanda ölkəmizin mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi kimi məsələləri əhatələyən mövqeyinin yeni geosiyasi reallıqlarda ŞƏT kimi nəhəng ərazi, əhali və iqtisadi potensiala malik coğrafiyada bəyan olunması baxımdan tarixi fürsət sayıla bilər. Təsadüfi deyil ki, möhtərəm Prezident də bu fürsəti real imkanlara çevirərək ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Çin kimi supergüclə strateji tərəfdaşlıq qurulmasına nail oldu".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki, cənab İlham Əliyev məhz Bakının təşəbbüsü olan Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevrilərək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyini və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcəyini bildirməklə ölkəmizin sülhpərvər və əməkdaşlıq niyyətini nümayiş etdirdi:

"Eyni zamanda bu gün "ŞƏT plyus" formatında görüşdəki çıxışında dövlətimizin başçısı Azərbaycanın artan geosiyasi nüfuzunun və önəminin real mənzərəsini ortaya qoya bildi.
Prezident İlham Əliyev açıq formada bildirdi ki, "2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb". Yəni dövlət başçımız qətiyyətli formada göstərmiş oldu ki, Orta Dəhliz məhz Azərbaycan sayəsində Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu dəhlizlə bağlı yanlış düşüncələr, xüsusən Zəngəzur dəhlizinə hərbi məqsədli layihə donu geyindirmək istiqamətində məqsədli tezislərə də dövlət başçımızın "ŞƏT plyus" platformasındakı çıxışı sərt və geosiyasi əhəmiyyətli cavab oldu.

Qeyd olunanları, habelə Çinin Tiencin şəhərində təşkil olunmuş "ŞƏT plyus" Zirvəsi çərçivəsində keçirilən 10-dan artıq görüşün məzmununa diqqət etsək, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin "ŞƏT plyus" Zirvəsində iştirakı ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması istiqamətində ölkəmizin böyük həmləsi sayılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

17:28 149
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

16:12 141
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 177
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

18:01 123
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 128
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

18:15 109
.

Sabah leysan yağacaq

Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə

16:13 184
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

17:06 172
.