Bu mövsümdə ev heyvanlarında parazitlər və xəstəliklərin riski artır
Havanın temperaturunun yüksək olduğu yay günlərində it, pişik və digər ev heyvanlarında allergik reaksiyalar, parazitar və dəri xəstəlikləri, eləcə də dəri travmaları müşahidə oluna bilər. Yay mövsümündə artan bit, gənə və digər parazitlər ev heyvanlarının sağlamlığına ciddi zərər verə bilər. Bu səbəbdən parazitlərə qarşı qoruyucu tədbirlərin görülməsi vacibdir.
Xüsusilə termorequlyasiya sistemi tam inkişaf etməmiş, braxiosefal quruluşlu (məsələn, bulldog, pekingese) və uzun tüklü heyvanlarda bədən temperaturunun 41°C-yə qədər yüksəlməsi təngnəfəslik, selikli qişaların hiperemiyası, letargiya və kollaps hallarına gətirib çıxara bilər. Bundan əlavə, yüksək temperatur heyvan qidalarının saxlanma şəraitinə də təsir edir, nəticədə qida tez xarab olur və enteral pozuntulara səbəb ola bilər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan baytar-həkim Tural Əliyev bildirib ki, yay mövsümü parazitlərin ən çox yayıldığı dövrdür:
"Heyvanların daxili orqanlarında – bağırsaq, bəzən də ürək və qan-damar sistemində parazitlər mövcud ola bilər. Onların təmizlənməsi üçün hər iki-üç aydan bir qurd dərmanlarından istifadə edilməlidir. Xarici parazitlərlə rastlaşdıqda isə mütləq baytar-həkimə müraciət edilməlidir. Çünki bəzi gənələr heyvanlara infeksion xəstəliklər ötürür, bu zaman temperatur yüksəlir, heyvan sudan imtina edir və həyati təhlükə yaranır".
Onun sözlərinə görə, bəzi birələr və bitlər dəri allergiyasına və ekzema hallarına səbəb ola bilər. Zamanında müdaxilə edilmədikdə daha ciddi fəsadlar müşahidə oluna bilər. Həkim həmçinin quduzluq və digər vaksinlərin yay mövsümündə mütləq vurulmasının vacibliyini vurğulayıb.
Əliyev əlavə edib ki, yayda heyvanların suya olan tələbatı iki-üç dəfə artır:
"Onlar danışa bilmədikləri üçün susuzluqlarını ifadə edə bilmirlər. Buna görə də evdə saxlanılan heyvanların hər tərəfdə su qabı ilə təmin olunması vacibdir".
Baytar-həkim həmçinin heyvanların tez-tez çimizdirilməsinin düzgün olmadığını bildirib:
"Heyvanların dərisində xüsusi piy təbəqəsi var ki, bu, istilik balansını qoruyur. Onları tez-tez çimizdirdikdə bu təbəqə zədələnir və nəticədə ekzema və digər dəri xəstəlikləri yarana bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1076 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
17:28 149 Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini
16:12 141 Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır
"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş
14:12 177 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
18:01 123 "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər
11:10 128 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
16:53 144 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
18:15 109 Sabah leysan yağacaq
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə
16:13 184 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
17:06 172