Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdır

Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdırSəhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və digər rəhbər şəxslər barəsində müvafiq qurumlara şikayət ünvanlayan bir qrup tibb işçisi işdən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə işdən çıxarılan Mərkəzin doğum şöbəsinin tibb bacısı L.F. məhkəmədə qaldırdığı iddiasında bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən Mərkəzdə tibb bacısı kimi çalışıb, 2021-ci ildə isə doğum şöbəsinə keçirilib və 2025-ci ilin mart ayınadək həmin vəzifədə işləyib. Həmin ay pasiyentlər H.B. və S.B. doğum şöbəsinin mamaginekoloqu Nuridə Əzizovanın onlarla kobud rəftarından Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət ediblər. Hər iki qadın əməliyyatla (kesəriyyə) uşaq dünyaya gətirib.
Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdırİddialara görə, L.F. başqa həmkarları ilə birlikdə həmin pasiyentlərin palatasına daxil olaraq, onlardan şikayətlərini geri götürməyi tələb edib. Bu hadisədən sonra rəhbərlik iki tibb bacısı ilə yanaşı, L.F.-ni də işdən azad edib.

L.F. məhkəmədə bildirib ki, xəstədən iş yoldaşı barədə şikayət etməməsini xahiş etmək kobud peşə pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, bu addım sırf humanist məqsədlərlə, həmkarının cəzalanmaması üçün atılıb.

Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdırO həmçinin iddia edib ki, rəhbərliyin ona qarşı qərəzli münasibəti 2024-cü ildə Mərkəz rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayətdən qaynaqlanır. Həmin qanunsuzluqlara görə Bakı Sağlamlıq Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnib.

L.F. məhkəmədən işəgötürənin 18 mart 132 nömrəli əmri ilə işdən çıxarılmasının ləğv edilməsini, işinə bərpa olunmasını, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsini, əlavə olaraq 579 manat maddi zərərin və 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.

Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdırMəhkəmə iddianı qismən təmin edib: Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun L.F.-ni işdən çıxarmaq barədə əmri ləğv olunub. Həmçinin ona məcburi iş buraxmaya görə əmək haqqı və 578,25 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1064   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 197
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

16:26 220
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

18:15 1
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 170
.

"Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb"

"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MD

11:05 156
.

Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət

Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A

18:08 50
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 166
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

17:19 103
.

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığı

15:04 150
.