Bəhruz Məhərrəmov: "Heydər Əliyevin Naxçıvana rəhbərliyi Azərbaycanın xilası oldu"

Bəhruz Məhərrəmov: "Heydər Əliyevin Naxçıvana rəhbərliyi Azərbaycanın xilası oldu""1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin fövqəladə sessiyasında Muxtar Respublika sakinlərinin təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi, heç şübhəsiz ki, müasir, müstəqil Azərbaycanın qurtuluş tarixinin ilk səhifəsi hesab olunmalıdır. O zaman Ali Məclisin qarşısına toplanmış minlərlə insanın Heydər Əliyevə ümid yeri kimi baxması Ulu Öndərə qarşı çoxsaylı qarayaxma və böhtan kampaniyalarının fiaskosu və xalqın öz liderinə inamının göstəricisi oldu".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, müdrik Azərbaycan xalqı göstərdi ki, paytaxtda və digər bölgələrdə xalqın səsini boğmaq heç də milli iradənin qarşısında əngələ çevrilə bilməz. Milli iradə isə xilas və nicat yolunu Ulu Öndər Heydər Əliyevdə görürdü:

Bəhruz Məhərrəmov: "Heydər Əliyevin Naxçıvana rəhbərliyi Azərbaycanın xilası oldu""Sovet Azərbaycanının qızıl dövrü hesab edilən 1969-1987-ci illər arası Ulu Öndərin formalaşdırdığı potensial, Azərbaycanın ucqar İttifaq subyektindən inkişaf etmiş dövlətə çevrilməsi 90-cı illərin əvvəllərindəki çətin periodda xalqın nəzərlərini haqlı olaraq Ümummilli Lider Heydər Əliyevə yönəltmişdi. Heydər Əliyevin Muxtar Respublikada hakimiyyətə gəlişi həm də Azərbaycanda demokratiyanın təntənəsi idi, çünki hakimiyyətdə olan qüvvələrin milli iradəni təmsil etməməsi, həmin iqtidarı devirərək hakimiyyətə gəlmək istəyən Azərbaycan Xalq Cəbhəsi qruplaşmasının isə sürüşkən və xəyanətə meyilli mövqeyi xalqda inam təlqin edə bilmirdi və sonrakı dövrdə, xüsusən AXC-Müsavat hakimiyyəti illərində baş verənlər də göstərdi ki, qədim dövlətçilik təfəkkürünə malik Azərbaycan xalqı ağı qaradan doğru seçməyi bacarır. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi, eyni zamanda bu bölgəni işğal və təcavüz faktorundan sığortaladı, faktiki blokada vəziyyətində olan Naxçıvan sakinlərini qırğınlardan və aclıqdan xilas etmiş oldu. O zaman istər Ayaz Mütəllibov, istərsə də AXC-Müsavat cütlüyünün həmrəy şəkildə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətə qayıtması qarşısında çoxsaylı cəhdləri də məhz Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsi ilə puça çıxdı. Bu hadisə, eyni zamanda o zaman xaotik durumda yaşayan Azərbaycan xalqının dövlətimizin müstəqilliyinə, suverenliyinə və tərəqqisinə itmiş inamının yenidən bərqərar olunmasına səbəb oldu. Bu mənada, əminliklə deyə bilərik ki, bu gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi müasir, güclü, qalib Azərbaycanın quruculuğunda tariximizin qızıl səhifəsi kimi 3 sentyabr - Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsinin rolu əvəzedilməzdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 197
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

16:26 220
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

18:15 1
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 170
.

"Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb"

"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MD

11:05 156
.

Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət

Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A

18:08 50
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 166
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

17:19 103
.

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığı

15:04 150
.