"Qızımı mənə qaytarmırlar" - Müalicə üçün Almaniyaya gedən ata

"Qızımı mənə qaytarmırlar" - Müalicə üçün Almaniyaya gedən ataMüalicə üçün 15 yaşlı qızı ilə Almaniyaya gedən Azərbaycan vətəndaşı Rəşad Cavadov övladının əlindən alındığını iddia edir.

R. Cavadov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Almaniyada müalicə almaq üçün tibb müəssisəsinə müraciət etsə də, daha sonra gözləmədiyi hadisə ilə üzləşib.

Onun sözlərinə görə, bu ilin aprel ayında psixoloji vəziyyəti ilə bağlı müalicə almaq üçün Almaniyaya yollanıb: "Yoldaşımdan ayrıldığım üçün 15 yaşlı övladım S.Cavadovanı da özümlə gətirmişəm. Qızım tək və baxımsız qalmasın deyə Almaniyada "Jugendamt" adlı yeniyetmələr və uşaqlar qurumuna müraciət etdim. Onlara bildirdim ki, mən xəstəxanaya yollanıram, oradan çıxana qədər övladıma baxın. Qurum da müraciətimi qəbul etdi. Xəstəxanadan çıxdıqdan sonra uşağı təhvil almaq istəyirəm, lakin qızımı mənə qaytarmırlar. Onlar məndə olan psixoloji diaqnozu - şizofreniyanı əsas gətirirlər. Məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyinə dəfələrlə müraciət etdim, lakin onlar buna heç bir münasibət bildirmədilər. Övladımla birgə yenidən Azərbaycana qayıtmaq istəyirəm, lakin uşağı təhvil vermədikləri üçün qayıda bilmirəm".

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanlamışıq.

Xatırladaq ki, bundan əvvəl azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını bildirmişdi. Lakin az sonra Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladı Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1157   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 197
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

16:26 220
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

18:15 1
.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 170
.

"Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb"

"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MD

11:05 156
.

Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət

Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A

18:08 50
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 166
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

17:19 103
.

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığı

15:04 150
.