Politoloq Turan Rzayev: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə azadlığı milli yaddaş və suverenliyin nişanəsidir
Ölkəmiz Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunmasını xüsusi gün kimi qeyd edir. Bu, yalnız hərbi və ya siyasi uğur deyil, həm də milli kimliyin, tarixi yaddaşın və 30 ilə yaxın davam edən ədalətsizliyin sona çatmasının təntənəli qeydidir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu şəhərlər illərdir ki, təkcə coğrafi baxımdan deyil, mənəvi və psixoloji cəhətdən də Azərbaycan üçün böyük boşluq təşkil edirdi. Xocalının adı çəkiləndə yaddaşlarda qanlı soyqırım canlanır, Xankəndi isə bir vaxtlar azərbaycanlıların yaşadığı, lakin sonradan yad edilmiş şəhər kimi xatırlanır. Xocavənd və Ağdərə isə erməni separatizminin illərlə yuva saldığı ərazilər kimi tanınırdı.
Turan Rzayev əlavə edib:
"Bu gün həmin şəhərlərə Azərbaycan bayrağı sancılıb, dövlət strukturları qurulub və təhlükəsizlik təmin olunub. Amma məsələ təkcə fiziki nəzarətin bərpası ilə bitmir. Bu şəhərlərin simvolik mənası var – onlar Azərbaycanın suverenliyinin tam bərpa olunmasının nişanəsidir.
Bəzi fikirlər səslənə bilər ki, bu günlər niyə geniş qeyd olunmur, niyə daha çox təbliğat aparılmır. Mən hesab edirəm ki, bu günlərin qiyməti onların sadəliyindədir. Bu, dövlətin artıq həmin ərazilərə tam nəzarət etdiyinin və məsələnin bitdiyinin göstəricisidir. Gedişat göstərir ki, Azərbaycanın gündəliyi artıq münaqişədən quruculuğa yönəlib. İnanıram ki, yaxın gələcəkdə biz həmçinin Ermənistan ilə əldə olunacaq sülhü də qeyd edəcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 919 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b
12:18 140 Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir
"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej
14:00 71 Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib
Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim
12:22 138 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
08.10.2026 273 "Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib
"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
11:00 141 Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"
"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund
10:53 156 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi
08.10.2026 217 Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı
08.10.2026 295 Paşinyan-Rusiya münasibətləri: Səfərin tarixi hələ müəyyənləşməyib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kremlin sözçüsü səfərin tarixi ilə bağlı suala cavabında "Hələli
10:44 146