Təhsil eksperti xəbərdarlıq edir: Dərsliklər şagirdin inkişafına uyğun deyil

Təhsil eksperti xəbərdarlıq edir: Dərsliklər şagirdin inkişafına uyğun deyil"Azərbaycanda 2025-ci ildə dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsaitin ayrılması bir tərəfdən dövlətin təhsilə diqqətini göstərsə də, digər tərəfdən bu vəsaitin məntiqsiz, qeyri-effektiv və nəticəsiz xərcləndiyini sübut edən təkrar olunan struktur problemlər mövcuddur. Dərs vəsaitlərinə hər il milyonlarla manat pul ayrılmasına baxmayaraq, onların elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiq imkanları ciddi şəkildə şübhə altındadır. Əgər bu qədər böyük vəsait ayrılırsa, nəticə də müvafiq olaraq təhsil alanın inkişafına, müəllimin işini asanlaşdırmağa və məktəbdə təlim prosesinin effektivliyinə töhfə verməlidir. Lakin real mənzərə tam əksini göstərir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır. Birincisi, şagirdlərin yaş xüsusiyyətləri və psixoloji inkişaf mərhələləri nəzərə alınmadan mətnlərin və tapşırıqların tərtib olunmasıdır. Məsələn, ibtidai sinif "Azərbaycan dili" dərsliyində I və II sinif şagirdləri üçün nəzərdə tutulan mətnlərin lüğət tərkibi ağır, cümlə quruluşu mürəkkəb və informativ yükü olduqca yüklənmişdir. Bu, inkişaf psixologiyasında Jean Piaget və Lev Vıqotski kimi tanınmış nəzəriyyəçilərin təklif etdiyi "şagirdin proksimal inkişaf zonası" prinsipinə ziddir. Şagird öz psixoloji və zehni yaşına uyğun olmayan bilgilərlə qarşılaşdıqda, öyrənmə prosesi travmaya və öyrənmədən soyumağa çevrilir:
Təhsil eksperti xəbərdarlıq edir: Dərsliklər şagirdin inkişafına uyğun deyil"İkincisi, dərsliklərin çoxunda məzmunun ardıcıllığı və inteqrativliyi pozulub. Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr qeyri-kafi şəkildə qurulub. Bu isə şagirdin düşünmə, nəticə çıxarma və tətbiqetmə bacarıqlarının formalaşmasına əngəl törədir. Üçüncüsü, dərsliklərdə şəkil, diaqram, cədvəl və vizual materialların ya keyfiyyətsiz, ya da qavrama gücünə uyğun olmayan şəkildə təqdim edilməsi dəfələrlə müşahidə olunub. Belə vizual təhriflər isə sinifdə müəllimin təlimini çətinləşdirir, şagirdin mövzunu qavramasını zəiflədir.

Bundan əlavə, faktoloji və terminoloji səhvlər, sual və tapşırıqlarda uyğunsuzluqlar, təkrarçılıq, ədəbi və tarixi mənbələrin yanlış interpretasiyası, ideoloji və sosial yanaşmalardakı qeyri-obyektivlik və müəllim üçün metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini ortaya qoyur. Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarında dərsliklərə istinadla qeydə aldığı illik 100-dən çox sual xətası buna bariz nümunədir.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 18.2-ci maddəsində göstərilir ki, təhsil proqramları və dərs vəsaitləri şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmalı, pedaqoji tələbləri və tədris məqsədlərini ödəməlidir. Lakin bu norma yalnız formal olaraq tətbiq edilir və təcrübədə onun icrasına nəzarət çox zəifdir. Əgər dərslik elmi, metodiki və psixoloji cəhətdən zəruri olan standartlara cavab vermirsə, ayrılan büdcə vəsaiti təkcə səmərəsiz xərclənmiş resurs deyil, həm də şagirdin inkişafına vurulan zərbə kimi dəyərləndirilməlidir.

Dünya təcrübəsində dərsliklərin hazırlanması açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə tənzimlənir. Məsələn, Finlandiyada dərsliklər dövlət tərəfindən yazılmır, müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dərsliklərdəki dəyişikliklər yalnız 3 ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə həyata keçirilir, müəlliflər, rəy verən ekspertlər və qərarvericilər təkrar-təkrar eyni simalardır, bu isə təkrarçılıq, yaradıcılıq çatışmazlığı və məhdud pedaqoji baxış deməkdir.

Əgər bu sahədə ciddi dəyişikliklər həyata keçirilməzsə, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, məktəbdə isə müəllim və şagirdlər bu sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində islahatlar aparılmalı, açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq artırılmalı və hər bir dərslik mütləq şəkildə psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə tərtib olunmalıdır.

Dərslik sadəcə kağızda bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini, şəxsiyyətini formalaşdıran əsas vasitədir. Əgər bu vasitə keyfiyyətsizdirsə, təhsil sisteminin bütövlükdə keyfiyyətindən danışmaq mənasızdır. Mövcud vəziyyət dərhal dəyişməli və dövlət tərəfindən ayrılan milyonlar təhsilin məzmununa çevrilməlidir, yoxsa bu vəsaitlərin nəticəsi cəmiyyət üçün sıfıra yaxın olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

20:33 0
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

19:15 106
.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

19:45 96
.

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə

15:13 226
.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır

Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra

16:55 161
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 224
.

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürüc

14:17 235
.

Yük keçərkən Ərzurum niyə qazanmır?

Şərqlə Qərb arasındakı ticarət yollarının yenidən formalaşdığı bir dövrdə Ərzurumun əsas problemi marşrut çatışmazlığı deyil, keçən ticarəti istehsal, logistika və ixracla birləşdirə bilməməkdir. Bir yük maşını düşünün. Şərqdən gəlir. Ərzurumdan keçir. Qərbə gedir. İçindəki yükün dəyəri milyonlarla lir

12:57 177
.

Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏ

Qarşıdan gələn qış mövsümü təkcə əkin sahələri üçün deyil, heyvandarlıq təsərrüfatları üçün də yüksək risk dövrüdür. Soyuq havalarda təsərrüfatı qızdırmaq üçün istifadə olunan qızdırıcılar bəzi hallarda yanğına və heyvanların tələf olmasına səbəb olur. Digər tərəfdən, qışda yem tapmaq çətinləşdiyində

12:40 211
.