Tarixi dəyişə biləcək yeni kəşf: Skeletlərdə hamiləlik testi
Min illər əvvələ aid insan qalıqlarında hamiləliyin müəyyən edilməsi indiyədək demək olar ki, mümkünsüz hesab olunurdu. Lakin yeni elmi araşdırma bu sahədə dönüş yaradaraq arxeologiyada mümkün olmayanı reallığa çevirir.
Qaynarinfo xəbər verir ki, keçmişdə yaşamış insanların hamilə olub-olmadığını arxeoloji qeydlər vasitəsilə müəyyənləşdirmək indiyədək yalnız çox nadir hallarda – qarın boşluğunda döl qalıqları aşkar ediləndə mümkün olurdu. Ancaq son elmi irəliləyiş sayəsində artıq insan skeletlərindən hormonların aşkarlanması yolu ilə hamiləlik izlərini müəyyən etmək mümkündür.
Aparılan araşdırma göstərib ki, insanlara məxsus sərt toxumalarda – yəni sümük və dişlərdə – estrogen, progesteron və testosteron hormonlarını aşkarlamaq olar. Bu tapıntı qədim dövrlərdə baş vermiş hamiləliklərin müəyyənləşdirilməsi üçün mühüm göstərici sayılır.
Müasir hamiləlik testləri qısa müddət ərzində sidikdə qalan insan xorionik qonadotropin (hCG) hormonunu aşkarlayır. Lakin bu hormonun qədim qalıqlarda saxlanması mümkün olmadığından, arxeoloji tədqiqatlarda istifadə edilə bilmir.
Tədqiqatçılar bildiriblər ki, keçmişdəki qadınların reproduktiv tarixini doğru şəkildə bərpa etmək və onların sosial-mədəni təcrübələrini dəyərləndirə bilmək üçün skelet qalıqlarından hamiləlik faktını etibarlı şəkildə müəyyənləşdirən yeni üsullara ehtiyac var.
Bu məqsədlə aparılan tədqiqat çərçivəsində eramızın I–XIX əsrləri arasına aid on nəfərin qalıqları təhlil edilib. Onlardan üçü kişi, yeddisi isə qadın olub. Qadınlardan ikisinin qalıqlarında döl aşkar edilib, ikisi isə yeni doğulmuş körpələri ilə birlikdə dəfn olunub.
Sərt toxumalarda hormon izləri
Tədqiqatçılar sümüklərdən, dişlərdən və diş daşlarından götürülən nümunələri toz halına salaraq yeni hazırlanmış fermentlə əlaqəli immunosorbent analiz (ELISA) üsulu ilə hormon səviyyələrini araşdırıblar.
Nəticələr diqqətçəkici olub: XI–XIV əsrlərə aid hamilə qadının diş və sümük nümunələrində yüksək progesteron səviyyələri müəyyən edilib. XVIII–XIX əsrlərə aid başqa bir qadının sümük nümunələrində də oxşar artım qeydə alınıb. V–VI əsrlərə aid və körpələri ilə birlikdə dəfn edilmiş iki qadının diş daşlarında isə orta səviyyədə progesteron aşkarlanıb. Maraqlıdır ki, bu dörd qadının heç birinin sümük və diş toxumalarında testosteron tapılmayıb.
Yeni metod tarixi dəyişə bilər
Tədqiqat müəlliflərinin fikrincə, diş strukturlarında və diş daşında yüksək progesteron, sümüklərdə estrogenin varlığı və testosteronun yoxluğu, ölüm zamanı hamiləliklə uyğun göstəricilərdir. Bu da yeni hormon aşkarlama metodunun qədim insanlarda hamiləliyi müəyyənləşdirmək üçün istifadə edilə biləcəyini göstərir.
Araşdırma "Journal of Archaeological Science" jurnalında dərc olunub. Alimlər bildiriblər ki, metod hələ ilkin mərhələdədir və nəticələrin tam dəqiqləşməsi üçün əlavə tədqiqatlara ehtiyac var. Lakin bu yanaşma təkmilləşdirilərsə, qədim cəmiyyətlərin doğum və ailə tarixinə baxış tərzini köklü şəkildə dəyişə bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 946 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?
Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +
27.09.2026 191 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 212 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 222 Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində
27.09.2026 214 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 288 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20.09.2026 346 Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond
27.09.2026 358 WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
27.09.2026 296 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 221