Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMARusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrlə bəyan edib ki, Kreml yalnız Kiyevlə kifayətlənməyəcək və Avropanın təhlükəsizlik sistemini sınağa çəkməyə davam edəcək. Bu yaxınlarda NATO-nun baş katibi də açıq şəkildə bildirib ki, Rusiyanın növbəti hədəfi Avropadır və buna görə Avropa ölkələri müdafiə xərclərini artırmalı, hərbi hazırlığı gücləndirməlidir.

Artan Rusiya təhlükəsi fonunda Avropa ölkələri arasında bir sıra yeni hərbi anlaşmalar və müdafiə əməkdaşlıqları imzalanıb. Xüsusilə Şərqi Avropa və Baltikyanı ölkələr təhlükəsizlik zəmanətlərini gücləndirmək üçün ikitərəfli və çoxtərəfli hərbi razılaşmalara üstünlük verirlər. Almaniya, Böyük Britaniya, Fransa və Polşa başda olmaqla bir çox ölkə NATO çərçivəsində və ondan kənar ortaq hərbi planlaşdırma və silahlanma prosesini sürətləndirib.

Bununla belə, Rusiya tərəfi bu iddiaları qəbul etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın Avropaya hücum etmək kimi bir planı yoxdur və bu cür bəyanatlar Qərbdə "hərbi isteriya yaratmaq" məqsədi daşıyır. Lavrovun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini qorumaqdan başqa heç bir ölkəyə qarşı aqressiv niyyət güdmür. Bəs həqiqətəndə Avropanın narahatlığı haqlıdırmı? Doğurdandamı Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır?
Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Pərvanə Abbasova BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın əsas məqsədi işğalçılıq siyasətidir. Onun sözlərinə görə, Rusiyanın məqsədi SSRİ-ni yenidən bərpa etməkdir: "Rusiyanın hədəfi dolayı yolla, yəni hərbi müdaxilə olmasada, həm Şərqi Avropa ölkələrinə, o cümlədən Baltikyanı ölkələr yəni Estoniya, Litva, Latviyaya təzyiq göstərməkdir. Çünki birbaşa hərbi müdaxilə edə bilməz. Latviya, Litva, Estoniya NATO üzvü ölkələrdir. Rusiya bu ölkələrə hücum etsə, dərhal NATO-nun 5-ci maddəsi işə düşəcək. NATO-nun 5-ci maddəsi isə o deməkdir ki, əgər alyansın bir üzvünə hərbi müdaxilə olarsa, bu bütün alyansa hücum etmək deməkdir. Yəni Rusiyanın hərbi müdaxiləsi NATO-Rusiya müharibəsinə gətirib, çıxaracaq.

Rusiya eyni zamanda Şərqi Avropa ölkələrinə, Baltikyanı ölkələrə siyasi təzyiqlər edə bilər. Yəni enerji, dezinformasiya təzyiqləri, eyni zamanda kiberhücümlar edə bilər.. Cənubi Qafqaz regionuna gəldikdə isə, Cənubi Qafqaz 70 il Rusiyanın təsirində olub. Azərbaycan və Ermənistan arasında bu ilin Avqust ayında sülh müqaviləsinin paraflanmasından sonra Rusiyanın regiona təsiri azalıb. Lakin buna baxmayaraq, Rusiya Avropaya göstərdiyi təzyiqləri, Cənubi Qafqaz regionunada edə bilər.

Çünki Rusiyanın enerji struktru daha güclüdür. Azərbaycandan gedən qaz xəttləri Rusiyanın ərazisindən keçir. Ona görədə enerji təzyiqləri göstərə bilər. Eyni zamanda Avropada olduğu kimi siyasi təzyiqlər göstərə bilər. Azərbayacana isə Rusiya birbaşa deyil, Gürcüstanın və Ermənistanın əli ilə təzyiq göstərə bilər. Hazırda Gürcüstan ilə Azərbaycan arasında münasibətlər gərginləşib. Gürcüstanda hazırda olan hakimiyyət birbaşa Rusiyanın dəstəklədiyi hakimiyyətdir. İvanişvili höküməti Rusiya tərəfindən hakimiyyətə gətirilib. Azərbaycan tırlarının Gürcüstan ərazisindən keçməsinə Gürcüstan höküməti icazə vermir. Burda da Rusiyanın əli var. Avropaya hücum məsələsində isə qeyd etdiyim kimi həttda Lavrov özüdə qeyd etdi ki, bu absurd məsələdir. Ancaq Ukraynadan sonra Polşanında hava məkanı pozulmuşdur. Bu Rusiyanın Avropaya göz dağı vermək cəhdidir. Rusiyanın Ukraynaya müharibə başlatmasında 2 hədəfi var:

1) NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq
2) İmperyalist siyasəti yeritmək. Yəni necəki Pyotrun "Parçala, hökmranlıq et" siyasəti var idisə, eyni siyasəti bu gün Putin yürüdür.

Putinin doktrina siyasəti var. Estoniya, Litva, Latviya rusdilli ölkələrdir. Putin guya orda rusdilli xalqı qorumaq üçün yəni belə bir bəhanə ilə hərbi müdaxilə etmək istəyir. Ancaq dediyim kimi bu ölkələr NATO ölkəsi olduğu üçün bu qeyri-mümkündür. Çünki bilirsiniz ki, NATO-ya üzv olmaq istədiklərinə görə Rusiya Ukrayna və Gürcüstana hücum etdi. 2008-ci ildə Gürcüstana hücum nəticəsində Saakasvili höküməti devrildi. Rusiya dronları tərəfindən bir neçə dəfə Türkiyənin gəmisi vuruldu. 1936-cı il Montro Konvensiyasına əsasən Qara dənizdə boğazların hüququ statusu Türkiyəyə məxsusdur. Türkiyə istədiyi vaxt boğazları aça və bağlaya bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 214
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

16:20 127
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

12:42 253
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

14:23 209
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə

11:16 183
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 184
.