Azərbaycanda hicab kəlağayı ilə əvəzlənir
Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.
"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək.
Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kəlağayının təşviq edilməsi nəzərdə tutulur.
Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kəlağayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.
Tarixi baxımdan kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kəlağayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.
Milli azadlıq hərəkatı dövründə və Qarabağ hadisələrinin ilk mərhələlərində kələğayının simvolik rolu xüsusilə diqqət çəkir. Azərbaycan bayrağının açıq şəkildə qaldırılmasının çətin olduğu, hətta olmadığı məqamlarda, kələğayı 1988-ci ildə bir neçə dəfə bayraq əvəzi kimi istifadə olunub, istiqlal ideyasının rəmzinə çevrilib.
Eyni zamanda, Qarabağ münaqişəsinin gərgin dövrlərində kələğayı birbaşa sülh simvolu kimi də çıxış edib. Ağdam rayonunda yerləşən Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qarşıdurmanın qarşısını almaq üçün kələğayını ortaya ataraq kütləni sakitləşdirmiş, bununla da daha böyük toqquşmanın qarşısını almağa nail olmuşdu. Bu hadisə kələğayının Azərbaycan cəmiyyətində yalnız mədəni deyil, həm də ictimai-siyasi gücə malik simvol olduğunu bir daha göstərir.
Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük - kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.
Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 250 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind
15:48 238 Azərbaycanda hicab kəlağayı ilə əvəzlənir
Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, bu yanaşma xüsusilə ort
21:14 163 Tramp İrana sabaha kimi vaxt qoydu
"ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yenidən açılması üçün İrana sabahadək vaxt qoyub". "Qafqazinfo" CNN-ə istinadən xəbər verir ki, bu sözləri adı açıqlanmayan Ağ Ev rəsmisi deyib. O da bildirilib ki, Tramp bu gün İran üzərində vurulan F-15 qırıcısı ilə bağlı mətbuat konfrans
21:21 121 Axios: "ABŞ İranda elektrik stansiyalarını hədəf alacaq"
ABŞ hökuməti İranın enerji infrastrukturuna yönəlmiş yeni əməliyyat planını hazırlayıb. Məlumata görə, bu plan çərçivəsində ölkənin bütün əsas elektrik stansiyaları hədəfə alınacaq. BİG.AZ Axios-a istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada bildirilir ki, əməliyyatın məqsədi İranın stratej
17:15 222 İpək Tuzcuoğlu "Kıskanmak"la vidalaşır
Ay Yapımın prodüserliyi ilə yayımlanan məşhur "Kıskanmak" serialında hər kəsi təəccübləndirən ayrılıq yaşanacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Şaziyə" rolunu canlandıran aktrisa İpək Tuzcuoğlu layihədən ayrılacaq. Ssenaridəki süjet xətti bitən Tuzcuoğlunu
21:45 72 Keşlədə tamamilə sökülən evin - Fotoları
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Rəşid Bağırov küçəsində
17:13 346 Zəhərlənən uşaqlardan ikisi dövlət müəssisəsinə veriləcək
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək. Bu barədə "Qafqazinfo"ya Sumqayıt Şəhər İcra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, məsələ icra hakimiyyəti tərəfindən diqqətə götürülüb və aidiyyəti qurumlarl
16:33 359 İran İnsan Haqları Təşkilatı: ABŞ və İsrail hücumlarında 3546 nəfər ölüb
Fevralın 28-dən etibarən ABŞ və İsrailin İran ərazisinə hücumları nəticəsində 3546 nəfər həyatını itirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, məlumatı İran İnsan Haqları Təşkilatı yayıb. Ölənlərin 1616 nəfəri mülki sakinlərdir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
17:00 236 Birinci xanımlar lançda - Fotolar
Bu gün Tbilisidə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın Birinci xanımı Tamar Baqrationinin adından lanç verilib. BİG.AZ xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb
20:00 158